Prezident İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul edib


Azərbaycan prezidenti İlham Əliyev dekabrın 16-da Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA TV xəbər verir ki, ilk rəsmi səfərini Azərbaycana etməsini ölkələrimiz arasında yaxın münasibətlərin təzahürü kimi dəyərləndirən Levan İzoria ikitərəfli əməkdaşlığımızın inkişafında mühüm rol oynamış xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü bundan sonra da dəstəkləyəcəyini bildirən nazir Azərbaycanın da öz növbəsində Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Gürcüstanın müdafiə naziri Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizama salınmasının vacibliyini vurğulayaraq bildirib ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməlidir. Levan İzoria ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Gürcüstanın müdafiə nazirinin ilk rəsmi səfərini Azərbaycana etməsinin ölkələrimiz arasında münasibətlərin yaxşı göstəricisi olduğunu deyən prezident İlham Əliyev strateji dostluq əlaqələrinin müxtəlif istiqamətlərdə, o cümlədən təhlükəsizlik sahəsində uğurlu inkişafından məmnunluğunu bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı qeyd edib ki, Minsk qrupunun həmsədr ölkələri dəfələrlə status-kvonun qəbuledilməzliyini və onun dəyişilməsinin vacibliyini bəyan ediblər və bu, münaqişənin nizama salınmasının əsasını təşkil etməlidir. Prezident İlham Əliyev ölkələrimizin müdafiə nazirlikləri arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Gəncədə iki bacının ölüm səbəbi bilindi
Gəncədə iki bacının ölüm səbəbi bilindi - QƏTL
Hadisə fevralın 22-də Kəpəz rayonun Qırmızı kənd ərazisində, Abdulla Sur
Ordumuzdan ermənilərə Qarabağda sarsıdıcı zərbə
Ordumuzdan ermənilərə Qarabağda sarsıdıcı zərbə - Düşmən itkiləri açıqladı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif
Ermənistan Müdafiə Nazirliyinə hücum
Ermənistan Müdafiə Nazirliyinə hücum - atışma baş verib
Sərxoş sürücü "Opel" markalı" avtomobilini Müdafiə Nazirliyinin binasının
reklam
Paytaxtın mərkəzinə doğru giriş və çıxış hissədə kompleks yenidənqurma işləri aparılır
Paytaxtın mərkəzinə doğru giriş və çıxış hissədə kompleks yenidənqurma işləri aparılır - VİDEO
Paytaxt Bakıda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə
Günay İbrahimli:
Günay İbrahimli: - “Ay ərzində ən çox qazandığım məbləğ 45 min manat olub”
Röyanı bir nömrə hesab edirsiniz. Bəs Günay İbrahimli nə zaman bir nömrə
Həyat dərsi
Həyat dərsi
XX əsrdə Azərbaycan tarixinin önəmli, əlamətdar bir mərhələsi var: 60-cı
 
XİA.az - TƏQDİMAT