İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası birgə komissiyanın həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

2016-cı ilin Azərbaycan-İran əlaqələrinin tarixində xüsusi yer tutduğunu vurğulayan dövlətimizin başçısı bu il ərzində baş tutan görüşlərə toxunaraq İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə çox səmərəli görüşün keçirildiyini məmnunluqla xatırladı. Prezident İlham Əliyev ölkələrimiz arasında bu il, həmçinin önəmli sənədlərin imzalandığını və onların artıq icra edildiyini dedi. 2017-ci ilin də uğurlu olacağına, ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənəcəyinə və mühüm əhəmiyyət daşıyan layihələrin icra olunacağına əminliyini ifadə edən dövlətimizin başçısı əlaqələrimizin genişləndirilməsində hökumətlərarası birgə komissiyanın fəaliyyətini xüsusi qeyd etdi. Dekabrın 29-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının ilk reysinin yola salınacağını əlamətdar hadisə kimi dəyərləndirən Prezident İlham Əliyev dəmir yolunun fəaliyyətinə uğurlar arzuladı.

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ad günü münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, eyni zamanda, Yeni il bayramı münasibətilə də Prezident İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı. Mahmud Vaezi İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı. Mahmud Vaezi ona İran Prezidentinin hökumətlərarası birgə komissiyanın iclası çərçivəsində Prezident İlham Əliyevin tövsiyələrinin yerinə yetirilməsi və 2017-ci ildə ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı yol xəritəsinin hazırlanmasına dair tapşırıqlar verdiyini bildirdi.

Görüşdə 2016-cı ildə Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən ticarət mübadiləsinin artımı, investisiya qoyuluşu, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimizin regionları arasında əməkdaşlığın genişləndirilməsinin önəmi qeyd olundu, Neftçalada avtomobil zavodunun inşasının uğurla davam etdirilməsi və yaxın vaxtlarda Pirallahıda birgə dərman istehsalı zavodunun təməlqoyma mərasiminin keçiriləcəyi iqtisadi sahədə əməkdaşlığımızın yaxşı nümunəsi kimi dəyərləndirildi.

Söhbət zamanı Naxçıvanda keçiriləcək Azərbaycan-İran biznes-forumunun önəmi vurğulanaraq forumun ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olundu.

Dövlət başçısı İran İslam Respublikasının Prezident Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Dövlət universitetləri təhsil haqqını artırır?
Dövlət universitetləri təhsil haqqını artırır? - VİDEO
Dövlət universitetləri özəl ali məktəblərdən fərqli olaraq, təhsil
Dəyanət Rzayevin intiharı ilə bağlı cinayət işinə xitam verildi
Dəyanət Rzayevin intiharı ilə bağlı cinayət işinə xitam verildi
Tanınmış psixoloq Dəyanət Rzayevin ölümü ilə bağlı başlanmış cinayət işinə
Eksternat imtahanlarının nəticələri açıqlanıb
Eksternat imtahanlarının nəticələri açıqlanıb
Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb.
reklam
Beş ölkənin kralı Azərbaycan prezidentinə məktub ünvanlayıb
Beş ölkənin kralı Azərbaycan prezidentinə məktub ünvanlayıb
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan
Bakıda avtoritet Yaşka Bakinski qətlə yetirilib
Bakıda avtoritet Yaşka Bakinski qətlə yetirilib
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində 1952-ci il təvəllüdlü
Almaniyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib
Almaniyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer
 
XİA.az - TƏQDİMAT