İlham Əliyev Zabrat qəsəbəsində əlillər üçün sosial reabilitasiya mərkəzlərinin və sığınacaqların açılışında iştirak edib

İlham Əliyev Zabrat qəsəbəsində əlillər üçün sosial reabilitasiya mərkəzlərinin və sığınacaqların açılışında iştirak edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabunçu rayonunun Zabrat qəsəbəsində inşa olunmuş yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün sosial reabilitasiya mərkəzinin, 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacağın, həmçinin yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya mərkəzinin açılışı olub.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılışda iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya kompleksdə yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün sosial reabilitasiya mərkəzinin, 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacağın, həmçinin yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya mərkəzinin inşası Nazirlər Kabinetinin müvafiq sərəncamları əsasında aparılıb.

Dövlət başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsdilər.

Azərbaycan Prezidenti, xanımı və ailə üzvləri kompleksdə yaradılan şəraitlə tanış oldular.

Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün sosial reabilitasiya mərkəzinin binasının foyesində ulu öndər Heydər Əliyevin fəaliyyətindən bəhs edən fotostend yaradılıb. Mərkəz tədris, üzgüçülük və idman zalı korpuslarından ibarətdir. Binada konfrans zalı və sərgi salonu var. Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslərin əl işləri sərgi salonunda nümayiş etdirilir. Bina görmə imkanı məhdud şəxslər üçün nəzərdə tutulmuş səsli sistemin olduğu liftlə də təchiz edilib. Mərkəzdə 12 çarpayılıq 4 palata, camaşırxana, metodika və stolüstü oyunlar otaqları da yaradılıb. Binada Brayl əlifbasının tədrisi, Brayl yazı nəşrləri, səsli nəşrlər, adaptasiya avadanlığı və ondan istifadənin öyrədilməsi üçün otaqlar da müasir səviyyədədir. Mərkəzdə rəqs və musiqi məşğələləri, həmçinin kompüter, biblioqrafik icmal, iri şrift otaqları və zəngin kitabxana da buraya gələnlərin ixtiyarına veriləcək.

Kompleksin 2800 kvadratmetrə yaxın tədris korpusunda okulist, terapevt, oftalmoloq, psixoloji təhlil, masaj, ayaq hissiyyatının artırılması və əl ağacından istifadəyə dair təlim, görmə imkanı məhdud şəxslərin vizual təsəvvürünün və yaddaşının inkişafı üçün təlim otaqları, həmçinin yeməkxana yaradılıb.

İdman korpusunda isə oyunlar zalı, təlimatçı və həkim otaqları var. Zalda görmə imkanı məhdud şəxslər idmanın müxtəlif növləri ilə məşğul ola bilərlər. Mərkəzin üzgüçülük korpusu da müasir səviyyədədir. Burada 25 metr uzunluğunda hovuz yaradılıb.

Ərazidə inşa olunan binaların hamısı mərkəzləşdirilmiş isti su, havalandırma sistemləri ilə təchiz edilib, iki su çəni, elektrik təchizatı üçün transformator yarımstansiyası quraşdırılıb. Bütün korpuslar müasir mebel, inventar və digər avadanlıqla təchiz olunub. Ərazidə geniş abadlıq-quruculuq işləri aparılıb.

Sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacaqda yaradılan şəraitlə tanış oldular.

Ümumi sahəsi 2011 kvadratmetr olan üçmərtəbəli binada həkim otağı, tibbi müayinə, qəbul-qeydiyyat şöbəsi, yeməkxana və mətbəx, camaşırxana, təmiz inventar otaqları yaradılıb. Sığınacaqda, həmçinin stolüstü oyunlar, kompüter, müvəqqəti müalicə boksu və müalicə otaqları, digər inzibati otaqlar var. Əlli yerlik on yataq otağında isə hər cür şərait mövcuddur. Binadakı konfrans zalında müxtəlif tədbirlərin keçirilməsi mümkün olacaq. Bundan başqa, bu qəbildən şəxslər sığınacağın qiraət zalından, kitabxanasından, stolüstü oyunlar otağından da istifadə edəcəklər. Binada ərzaq məhsulları üçün soyuducu kameralar, tərəvəz, yataq ləvazimatları, həmçinin bərk və yumşaq inventar anbarları da var.

Dövlət başçısı və xanımı yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya mərkəzində yaradılan şəraitlə tanış oldular.

Mərkəz reabilitasiya korpusu və idman zalından ibarətdir. Üçmərtəbəli reabilitasiya korpusunda həkim, tibbi müayinə, qəbul-qeydiyyat otaqları, yeməkxana və mətbəx, valideynlərlə görüş və xidməti heyət üçün otaqlar var. Binada kompüter zalı, müəllimlər otağı və beş sinif otağı yaradılıb. Buradakı dərnək otaqlarında isə yetkinlik yaşına çatmamış şəxslər asudə vaxtlarını səmərəli keçirə bilərlər. Bu korpusda da konfrans zalı, stolüstü oyunlar və yataq otaqları sakinlərin ixtiyarına veriləcək. Mərkəzdə müasir idman zalı da yaradılıb.

Bu sosial obyektlərdə yaradılan şərait bir daha sübut edir ki, Azərbaycan dövləti yaşından və sosial durumundan asılı olmayaraq, bütün vətəndaşlarının qeydinə qalır, onları normal yaşayış şəraiti ilə təmin etmək üçün mühüm işlər görür. Belə layihələr Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətin uğurla icra olunduğunu bir daha nümayiş etdirir. Bu sosial siyasətin mərkəzində isə Azərbaycan vətəndaşı dayanır.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyevin Qətərə rəsmi səfəri başa çatıb
İlham Əliyevin Qətərə rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin Qətər Dövlətinə rəsmi səfəri başa çatıb.
Güclü külək Şəkidə sahibkarlara ziyan vurub
Güclü külək Şəkidə sahibkarlara ziyan vurub - FOTO
Ötən gün ölkə ərazisində anormal külək olub. Küləyin güclü olması
818 min dollarlıq dələduzluq
818 min dollarlıq dələduzluq
XİA.az xəbər verir ki, 55 yaşlı E.Ramazanov hüquq-mühafizə orqanlarına
reklam
Zərərçəkən:
Zərərçəkən: "Akif Çovdarov məni döyməklə və həbslə hədələyib" - YENİLƏNİB
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və
İran yeni qanadlı raketi sınaqdan keçirdi
İran yeni qanadlı raketi sınaqdan keçirdi
İran miqyaslı hərbi-dəniz qüvvələri təlimləri çərçivəsində yeni “Nasr”
Somalinin paytaxtında partlayış
Somalinin paytaxtında partlayış
Somalinin paytaxtı Moqadişoda güclü partlayış olub. Hadisənin səbəbləri
 
XİA.az - TƏQDİMAT