Sankt-Peterburq qubernatoru Azərbaycan prezidentini təbrik edib

Sankt-Peterburq qubernatoru Azərbaycan prezidentini təbrik edib
Sankt-Peterburqun qubernatoru Qriqori Poltavçenko Azərbaycan prezidenti İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib.

Ölkə.Az-ın məlumatına görə, Q. Poltavçenko təbrik məktubunda bildirib ki, Azərbaycan prezidenti öz fəaliyyətini doğma ölkəsinə xidmət işinə həsr etməklə bərabər, mehriban dostları və tərəfdaşları daim xatırlayır, təşəkkül tapmış münasibətləri qiymətləndirir.

Q. Poltavçenko qeyd edib ki, Sankt-Peterburqda bunu xüsusi qiymətləndirirlər: “Sizin diqqətiniz və səyləriniz sayəsində əməkdaşlığımız inamla inkişaf edir və getdikcə daha məzmunlu və miqyaslı olur. Ümidvaram ki, Sankt-Peterburq Hökuməti ilə Azərbaycan Respublikası arasında yaradılmış iqtisadi və humanitar əməkdaşlıq üzrə Komissiya əlaqələrimizin inkişafına yeni təkan verəcək. Əminəm ki, Sizin enerjiniz, müdrikliyiniz, fəal həyat mövqeyiniz Azərbaycan xalqının gələcək inkişafına, Sankt-Peterburq ilə Azərbaycan arasında mədəni və işgüzar əlaqələrin möhkəmlənməsinə bundan sonra da kömək edəcək. Sizə ürəkdən möhkəm cansağlığı, firavanlıq və Azərbaycan Respublikasının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm. Yubileyiniz münasibətilə Sizi Sankt-Peterburq Hökuməti, Rusiyanın Şimal paytaxtının sakinləri adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Gəncədə iki bacının ölüm səbəbi bilindi
Gəncədə iki bacının ölüm səbəbi bilindi - QƏTL
Hadisə fevralın 22-də Kəpəz rayonun Qırmızı kənd ərazisində, Abdulla Sur
Ordumuzdan ermənilərə Qarabağda sarsıdıcı zərbə
Ordumuzdan ermənilərə Qarabağda sarsıdıcı zərbə - Düşmən itkiləri açıqladı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif
Ermənistan Müdafiə Nazirliyinə hücum
Ermənistan Müdafiə Nazirliyinə hücum - atışma baş verib
Sərxoş sürücü "Opel" markalı" avtomobilini Müdafiə Nazirliyinin binasının
reklam
Paytaxtın mərkəzinə doğru giriş və çıxış hissədə kompleks yenidənqurma işləri aparılır
Paytaxtın mərkəzinə doğru giriş və çıxış hissədə kompleks yenidənqurma işləri aparılır - VİDEO
Paytaxt Bakıda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə
Günay İbrahimli:
Günay İbrahimli: - “Ay ərzində ən çox qazandığım məbləğ 45 min manat olub”
Röyanı bir nömrə hesab edirsiniz. Bəs Günay İbrahimli nə zaman bir nömrə
Həyat dərsi
Həyat dərsi
XX əsrdə Azərbaycan tarixinin önəmli, əlamətdar bir mərhələsi var: 60-cı
 
XİA.az - TƏQDİMAT