Baş nazir: - Azərbaycan qazı Bolqarıstanın maraq dairəsindədir

Baş nazir:
Bolqarıstan “Balkan” qazpaylayıcı mərkəzi tikməklə Rusiyadan qaz almağı planlaşdırır.

XİA.az APA-ya istinadən xəbər verir ki, bunu Bolqarıstanın baş naziri Boyko Borisov bildirib.

“Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Avropa qaz habı üçün biz bir neçə mənbədən qaz almağı planlaşdırırıq. Biz Qara dənizdə yerləşən “Xan Asparux”, “Qalata” və “Teres” yataqlarından hasil olunan, Yunanıstandan interkonnektor vasitəsilə nəql olunacaq təbii qaza maraq göstəririk. Bununla yanaşı, Azərbaycan və Rusiya qazı da maraq dairəmizdədir. Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk - sazişlər imzalayırıq və “qaz səbətimiz”i doldururuq, qazpaylayıcı sistemimizi genişləndiririk. Bu proseslər Avropa İttifaqının tələblərinə uyğun şəkildə həyata keçirilir”, - deyə o qeyd edib.

Baş nazir əlavə edib ki, yeni qaz axını Bolqarıstandan yan keçərsə, bu ölkə qaz tranzitini təmin edən ölkədən “qaz almağa məcbur olan müştəriyə çevrilə bilər”. “Bu cür ssenarinin baş verməməsi üçün biz “Qazprom” şirkəti ilə 15,7 mlrd. kubmetr həcmində qazın nəqli üçün “yol xəritəsi”ni imzaladıq”, - deyə B.Borisov qeyd edib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT