“Atletlər kəndi” satışa çıxarılır

“Atletlər kəndi” satışa çıxarılır
Bakıda keçirilmiş I Avropa Oyunları və IV İslam Oyunları zamanı idmançıların qalması üçün ayrılan “Atletlər kəndi”ndəki binaların satışa çıxarılacağı gözlənilirdi.

XİA.az xəbər verir ki, Modern.az saytı məsələ ilə bağlı araşdırma aparıb. Mövzuya Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova aydınlıq gətirib. O, sayta deyib ki, “Atletlər kəndi”ndəki bir neçə binanın satışa çıxarılması məsələsi hazırda gündəmdədir: “2015-ci il Avropa Oyunları ilə bağlı AZINCO şirkəti ilə müqavilə bağlanmışdı. Müqavilənin müddəti 2017-ci ilin iyun ayının sonlarına qədər idi. Müqavilədə “Atletlər kəndi”ndə nə qədər bina var idisə, onların icarəyə götürülməsi öz əksini tapmışdı. Artıq oyunlar bitib. Sadəcə, bu məsələlərlə bağlı təhvil-təslim işləri qalır. Bundan sonra binaların hamısı AZINCO şirkətinə geri qaytarılacaq. Digər bir məqam da var. AZİNCO şirkəti “Atletlər kəndi”ndəki bir neçə binanın ehtiyat olaraq boş saxlanılması təklifini irəli sürüb. Nəzərə alsaq ki, qarşıda ölkəmiz bir sıra böyük tədbirlərə ev sahibliyi edəcək, bu səbəbdən də lazım olacağı təqdirdə həmin binalardan istifadə mümkündür. Çünki bu binalar böyük yarışlar zamanı təcrübədən keçmiş yaşayış yerləridir”.

Nazirlik rəsmisinin sözlərinə görə, binaların içindəki avadanlıqların bir hissəsi artıq satışa çıxarılıb. ““Atletlər kəndi”ndə yerləşən binaların içindəki avadanlıqların bir hissəsi gəlirlərin büdcəyə qaytarılması şərtilə satışa çıxarılıb və satılır. Digər hissəsi isə müəyyən dövlət qurumları, idman obyektlərinə verilir. “Atletlər kəndi”ndəki binalarda bəzi texniki avadanlıqlar, İT qurğuları var ki, onlara dəyilməyəcək. Yəni onlar satışa çıxarılmayacaq. Çünki hələ qarşıda böyük tədbirlər planı, yarışlar var. Həmin texnologiyalara toxunmamaqla bağlı təcrübə mövcuddur. Həmçinin, həmin texnikanı yenidən quraşdırmaq çətin məsələdir”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Lalə
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
Deputatın oğlu məhkəmədə ifadə verib
Deputatın oğlu məhkəmədə ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur
reklam
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Gəncədə baş verən hadisəni qətiyyətlə pisləyirəm. Bu hadisələr din pərdəsi
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Gəncədə baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşı kimi
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Bir neçə gün əvvəl Gəncədə terror hadisəsi yaşandı. Biz terrorun hər
 
XİA.az - TƏQDİMAT