Bağlanan 11 bankın əmanətçilərinə 734,1 mln. manat kompensasiya ödənilib

Bağlanan 11 bankın əmanətçilərinə 734,1 mln. manat kompensasiya ödənilib
“Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatıb

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan bankların qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

Fonddan verilən məlumata görə, iyunun 5-də "Parabank" ASC-nin qorunan əmanətçilərinə 43 mln. 220 min manat (ümumi kompensasiya öhdəliyinin 98,5%-i), "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 58 mln. 968 min manat (ümumi kompensasiya öhdəliyinin 85%-i), "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 27 mln. 771 min manat (ümumi kompensasiya öhdəliyinin 99,9%-i) və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 87 min manat (ümumi kompensasiya öhdəliyinin 98,7%-dan çox) kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 133 mln. 46 min manatdan artıq kompensasiya verilib.

İyunun 5-nə "Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 mln. 350 min manat (ümumi kompensasiya öhdəliyinin 98,2%-dən), "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 2 mln. 4 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 96%-i) kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 354 min manatdan artıq kompensasiya ödənilib.

"Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 437 mln. 359 min manat artıq kompensasiya ödənişi baş tutub. Belə ki, ümumi kompensasiya öhdəliyinin 99,1%-i əmanətçilərə ödənilib.

İyunun 5-nə "Yunayted Kredit Bank" ASC-də qorunan əmanətlər 1 mln. 777 min manatdan artıq və (83%) manatı artıq kompensasiya edilib.

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatıb və bu tarixədək bankın əmanətçilərinə 24 mln. 161 min (ümumi kompensasiya öhdəliyinin 97%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 4 fevral 2017-ci il tarixində başa çatıb və bu tarixədək bankın qorunan əmanətçilərinə 976 min 440 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94%-i) kompensasiya verilib.

Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatıb. 12 fevral 2017-ci il tarixədək “Texnikabank”ın qorunan əmanətçilərinə 120 mln. 433 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2%-i) kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 11 bank üzrə 734 milyon 131 min manatdan artıq kompensasiya ödənilib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Ermənistanda hərbçilər etirazçıların tərəfinə keçdi
Ermənistanda hərbçilər etirazçıların tərəfinə keçdi - CANLI YAYIM
Aşağıda təqdim etdiyimiz videodan da göründüyü kimi, nümayişçilərin
Hökumətdə yer almayan, vəzifələrini müvəqqəti icra edən nazir və sədrlər
Hökumətdə yer almayan, vəzifələrini müvəqqəti icra edən nazir və sədrlər - SİYAHI
Dövlət komitələrinə gəlincə, hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə
Sej Sərkisyanın getməsi Azərbaycanın xeyirinədir?
Sej Sərkisyanın getməsi Azərbaycanın xeyirinədir? - Ekspertlərdən fərqli yanaşmalar
Ermənistanda Sej Sərkisyanın baş nazir olmasına qarşı aprelin 13-dən
reklam
MTN generallarına hökm oxunur
MTN generallarına hökm oxunur - Sübahir Qurbanova 14 il cəza
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq
Azərbaycan HDQ-nin nümayəndə heyəti Tehrana səfər edib
Azərbaycan HDQ-nin nümayəndə heyəti Tehrana səfər edib
Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan
İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul edib
İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının
 
XİA.az - TƏQDİMAT