Dövlət Neft Fondu 450 milyon dollarlıq bonus əldə edəcək

Dövlət Neft Fondu 450 milyon dollarlıq bonus əldə edəcək
Dövlət neft fondu 450 milyon dollarlıq bonus əldə edəcək.

Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun 2050-ci ilə kimi işlənilməsi üzrə bağlanmış yeni müqavilə çərçivəsində 31 yanvar 2018-ci ildə 450 milyon dollar məbləğində bonus əldə edəcək.

XİA.az xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” hökumətdən olan mənbəyə istinadən məlumat yayıb.

“Yeni müqavilənin şərtlərinə görə, 2018-2025-ci illər ərzində ADNF bonus qismində 3.6 milyard dollar qəbul edəcək. 450 milyon dollar və ya 774 milyon manat məbləğində ilk tranş 31 yanvar 2018-ci il tarixində SOFAZ-a daxil olacaq”, – deyə mənbə qeyd edir.

“Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərin su qatlarındakı neftin işlənilməsi üzrə müqavilə 20 sentyabr 1994-cü ildə imzalanıb və həmin il, dekabrın 12-də qüvvəyə minib. “Çıraq” yatağında neft hasilatına 1997-ci ilin noyabr ayında, “Azəri” yatağının mərkəzi hissəsində 13 fevral 2005-ci ildə, qərb hissəsində 30 dekabr 2005-ci ildə, “Günəşli” yatağının dərin su qatlarında isə 29 yanvar 2014-cü ildə başlanılıb.

Həmin müqavilənin müddəti 2024-ci ildə bitməli idi. Habelə sentyabrın 14-də Bakıda yataqlar blokunun 2050-ci ilə qədər birgə işlənilməsi üzrə yeni müqavilə imzalanıb.

Yeni müqaviləyə görə, şirkətlərin hasilatdakı payları aşağıdakı kimidir: (layihənin operatoru) Britaniyanın BP şirkəti – 30.37%, SOCAR - 25%, ABŞ-ın “Chevron” şirkəti - 9.57% və “ExxonMobil” şirkəti - 6.79%, Hindistanın ONGC şirkəti – 2,31%, Yaponiyanın “İnpex Corp” şirkəti – 9.31%, və İTOCHU Oil şirkəti - 3.65%, Norveçin “Statoil” şirkəti – 7.27%, Türkiyənin TPAO şirkəti – 5.73%

Yeni müqavilə çərçivəsində investisiya həcminin 2050-ci ilə qədər 43 milyard dollar təşkil etdiyi təxmin edilir. Neftin hasilat həcminin 500 milyon tondan çox olacağı planlaşdırılır.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Lalə
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
Deputatın oğlu məhkəmədə ifadə verib
Deputatın oğlu məhkəmədə ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur
reklam
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Gəncədə baş verən hadisəni qətiyyətlə pisləyirəm. Bu hadisələr din pərdəsi
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Gəncədə baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşı kimi
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Bir neçə gün əvvəl Gəncədə terror hadisəsi yaşandı. Biz terrorun hər
 
XİA.az - TƏQDİMAT