Hərracda tələb təklifi cüzi üstələdi

Hərracda tələb təklifi cüzi üstələdi
Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.
XİA.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 300,3 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,79% təşkil edib.

Bununla da depozit hərracında tələb təklifi cüzi üstələyib. Bugünkü depozit hərracında 300 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.

Qeyd edək ki, cəlbedici şərtlərə rəğmən, Mərkəzi Bank banklardan istədiyi qədər pul cəlb edə bilmir. Mərkəzi Bank ilin əvvəlindən bir depozit və not hərracı keçirib. İki hərrac vasitəsilə banklardan 1,6 milyard manat vəsait cəlb edib. Bu vəsait də pul bazasının 18,5%-nə bərabər olub.

Məlumat üçün bildirək ki, Mərkəzi Bank 2016-cı ilin iyunundan banklardan vəsait cəlb etmək üçün depozit hərracı keçirir. Hərrac dövlət istiqrazlarını ala bilməyən banklara əlavə investisiya aləti kimi MB-in depozit hərraclarında iştirak edərək likvid manat vəsaitlərini yerləşdirmək imkanı verir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Trampın oğlu: Atam kimi heç kimi enerjili görmədim
Trampın oğlu: Atam kimi heç kimi enerjili görmədim
Amerikalı liderin səhhətinə daim nəzarət edən həkimi Roni Cekson da eyni
Xızıda toqquşan maşınların sürücüləri arasında mübahisə olub, bir nəfər qətlə yetirilib
Xızıda toqquşan maşınların sürücüləri arasında mübahisə olub, bir nəfər qətlə yetirilib
Xızının Giləzi qəsəbə sakinləri - 1980-ci il təvəllüdlü Cəfərov Vaqif
Erməni iş adamlarının adı siyahıda
Erməni iş adamlarının adı siyahıda - Sanksiya
Ermənistanda bahalaşmanın əsas səbəbi bu ölkənin işğalçılıq siyasətini
reklam
Neft ucuzlaşdı
Neft ucuzlaşdı
“Brent” markalı neftin 1 barrelinin dəyəri isə 0,07 dollar və ya 0,10%
Tramp Ağ Evdə Nazarbayevlə görüşüb
Tramp Ağ Evdə Nazarbayevlə görüşüb
Həmçinin ABŞ TŞ-də sədrliyin Qazaxıstana keçməsi ilə əlaqədar Tramp və
İran prezidenti İslam dünyası üçün əsas prioriteti açıqlayıb
İran prezidenti İslam dünyası üçün əsas prioriteti açıqlayıb
“İŞİD ekstremist qruplaşmasının məğlub olmasının əsas müsbət tərəflərindən
 
XİA.az - TƏQDİMAT
FAKT