Tovuzda 3 istiqamət üzrə 11 km avtomobil yolu yenidən qurulub - VİDEO

Tovuzda 3 istiqamət üzrə 11 km avtomobil yolu yenidən qurulub
Dövlət başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq ölkədə avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən Tovuz rayonunda strateji əhəmiyyətə malik 3 istiqamətdə avtomobil yollarının yenidən qurulması işləri aparılaraq yekunlaşdırılıb.

Söhbət Ağdam, Yuxarı Öysüzlü, Əlibəyli və Hacalı kəndlərinə gedən avtomobil yollarından gedir.

Tovuz-Ağdam-Yuxarı Öysüzlü-Əlibəyli-Hacalı avtomobil yolunun ümumi uzunluğu 11 km təşkil edir. Layihə üzrə yol 4 və 5-ci texniki dərəcələrə uyğun olaraq yenidən qurulub.

Tovuz-Ağdam və Əlibəyli-Hacalı kəndlərini birləşdirən yolların ümumi eni 10 metr təşkil edir. Bura 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Ağdam-Yuxarı Öysüzlü kəndlərini birləşdirən yolun hərəkət hissəsinin eni 4.5 metr və hər bir istiqamət üzrə 1.75 metr enində çiyinlər olmaqla ümumi eni 8 metr təşkil edir.

Əvvəllər torpaq və çınqıl örtüklü olan yollarla vətəndaşların xüsusən payız-qış mövsümündə gediş-gəliş xeyli çətinləşirdi. Vətəndaşların üzləşdikləri bu problemi aradan qaldırmaq üçün “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində zəruri olan yerlərdə yolun yararsız quruntu qazılaraq çıxarılıb, əvəzinə xüsusi material tökülərək kipləşdirmə işləri aparılıb, yeni yol yatağı və yol əsası inşa olunub. Daha sonra yolun 60 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örütüyü döşənib.

Layihə çərçivəsində “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən Ağdam-Yuxarı Öysüzlü kəndləri arasında Tovuz çayı üzərində yeni avtomobil körpüsü də inşa edilib. Körpünün ümumi uzunluğu 45 metr, eni isə 4.5 metr təşkil edir. Sözügedən ərazidə körpünün tikintisi ilə rayon mərkəzinə məsafə dəfələrlə qısalıb.

Körpünün yaxınlığında 50 metr uzunluğunda və 4 metr hündürlükdə istinad divarları da inşa edilib. Bundan başqa layihə çərçivəsində yolun altından suların ötürülməsi üçün 29 ədəd müxtəlif ölçülü dəmir-beton boruların tiintisi işləri aparılıb.

Bütün işlər texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin idarə heyətinin nəzarəti altında aparılıb. Yolda hərəkətin normal təşkili üçün 46 ədəd məlumatverici lövhə və yol nişanı quraşdırılıb.

Qeyd edək ki, Tovuz-Ağdam-Yuxarı Öysüzlü-Əlibəyli-Hacalı avtomobil yolunun yenidən qurulması ilə 4 yaşayış məntəqəsinin minlərlə əhalisinin gediş-gəlişini rahatlaşıb, yük və sərnişin daşınması xeyli asanlaşıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Lalə
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
Deputatın oğlu məhkəmədə ifadə verib
Deputatın oğlu məhkəmədə ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur
reklam
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Gəncədə baş verən hadisəni qətiyyətlə pisləyirəm. Bu hadisələr din pərdəsi
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Gəncədə baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşı kimi
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Bir neçə gün əvvəl Gəncədə terror hadisəsi yaşandı. Biz terrorun hər
 
XİA.az - TƏQDİMAT