Beynəlxalq ekspert: - “Dollar çökür...”

Beynəlxalq ekspert:
“Commerzbank” dolların dünyanın aparıcı valyutası statusunu itirməyə başladığını açıqlayıb. Bunun qismən ABŞ-ın sanksiya siyasətindən qaynaqlandığı iddiası irəli sürülüb.

“Commerzbank”ın baş iqtisadçısı Corc Kraemer tərəfindən hazırlanan hesabata əsasən, Donald Tramp hökumətinin Avropa ilə münasibətləri pozulduqca dolların dünyanın aparıcı valyutası statusunu itirməsi tendensiyası güclənir: “Dünyada dolların ehtiyat valyuta statusunun sonudur? Bu sual İkinci Dünya Müharibəsinin sonundan indiyə qədər bir neçə dəfə gündəmə gəlib.

Belə ki, ötən əsrin 60-cı illərinin əvvəlində Fransa prezidenti Şarl de Qoll dolların beynəlxalq hesablaşmalarda tətbiqindən imtina edərək, qızıla keçdi. 2009-cu ildə Rusiya və Çin rəhbərləri hesablaşmalarda dollardan imtinaya təşəbbüs göstərdilər. Lakin bu addımların heç biri uğurlu olmadı. Bu gün isə artıq dolların valyuta kimi statusu çökməkdədir”.

Kraemerə görə, dollar valyuta bazarındakı mövqeyini getdikcə həmin yeri avro tutacaq: “Şübhəsiz, hələ də beynəlxalq maliyyə əməliyyatlarının böyük hissəsi dollarla aparılır. Ancaq bu pay son illərdə azalıb və avro ciddi rəqibə çevrilib. Avronun proseslərdəki payı, sadəcə, dörd bənd geridir”.

İqtisadçı avronun artan əhəmiyyətinin bir səbəbini də Avro Bölgəsində borc böhranının başa çatması ilə izah edib. Onun sözlərinə görə, bölgədə iqtisadi artım başlayıb: “Ancaq bu artım hələlik dolların dünya valyutası kimi statusunu təhdid etməyə yetərli deyil. Hesab edirəm ki, avro ödəmə əməliyyatlarında status qazanarsa, tələbat daha da artacaq.

Çünki ABŞ-ın əksinə olaraq, hazırda Avro Zonası cari profisitə malikdir. Bu da avronun təkcə dollar qarşısında deyil, bütün valyutalara qarşı dəyər qazanacağını göstərir”.(oxu.az)

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Həbs olunmuş dünya çempionuna atmaca:
Həbs olunmuş dünya çempionuna atmaca: - Orada şeir yazarsan
Arvadını döydüyü üçün həbs edilən budo döyüş idman növü üzrə dünya
Gələn həftə hava kəskin soyuyacaq
Gələn həftə hava kəskin soyuyacaq
Azərbaycanda fevralın 17-nə gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə
Prezidentdən Siyavuş Novruzovla bağlı sərəncam
Prezidentdən Siyavuş Novruzovla bağlı sərəncam
Prezident İlham Əliyev Milli Məclisin deputatı Siyavuş Novruzovun təltif
reklam
Narkoloji Mərkəzdəki “yanğın işi”:
Narkoloji Mərkəzdəki “yanğın işi”: - İntihar etmək istəyirdimsə, camaatı niyə yandırırdım?
Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla
Venesuelaya qarşı yeni sanksiyalar
Venesuelaya qarşı yeni sanksiyalar
ABŞ Venesuela hökumətinə qarşı yeni sanksiyalar tətbiq edib. Bu haqda ABŞ
Qohumlar birləşib, zavodun 75 min manatını “əritdi”
Qohumlar birləşib, zavodun 75 min manatını “əritdi”
İsmayıllıda istehsalat müəssisəsində dəfələrlə oğurluq edən dəstə
 
XİA.az - TƏQDİMAT