İmişlidə 7 yaşayış məntəqəsinin yolları yenidən qurulur - VİDEO

İmişlidə 7 yaşayış məntəqəsinin yolları yenidən qurulur - VİDEO

Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən, respublika ərazisində kəndlərarası və qəsəbələrarası avtomobil yolların yenidən qurulması və tikintisi layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mühüm yol infrastrukturu layihələri icra olunur.

İmişli rayonunda da bu layihələr çərçivəsində cari ildə İmişli-Yalavac-Axıcanlı-Rəsulu-Şahverdili-Bəhrəmtəpə-Qaragüvəndikili marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən uzunluğu yerli əhəmiyyətli avtomobil yolunun yenidən qurulması istiqamətində addımlar atılır. Avtomobil yolunda təmir-tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir.

Uzunluğu 14 km olan İmişli-Yalavac-Axıcanlı-Rəsulu-Şahverdili-Bəhrəmtəpə-Qaragüvəndikili avtomobil yolunun yenidən qurulması 7 yaşayış məntəqəsinin 26 mindən artıq əhalisinin ürəyincə olub.

Çünki sözügedən avtomobil yolu uzun illər istismar olunduğundan yolda qabarmalar və çökmələr əmələ gəlmişdi. Bu isə xüsusən payız-qış mövsümündə vətəndaşların hərəkətində müəyyən çətinliklərin yaranmasına səbəb olurdu.

Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edəcək.

Layihə çərçivəsində yol boyu 26 min kub.m həcmdə deformasiyaya uğramış hissələr qazılaraq çıxarılıb, qazılmış və genişləndirilmiş hissələrə 36 min kub m. həcmdə yararlı qrunt tökülərək yayılıb kipləşdirilməklə yeni yol yatağı inşa olunub. Hazırda yeni yol əsasının alt və üst layının tiintisi işləri aparılır. Bu işlər 120 min kv.m ərazini əhatə edir. Bunun üçün 30 sm qalınlıqda qum-çınqıl və 16 sm qalınlıqda optimal-qırmadaş qarışıqlarından istifadə olunur.

Yol əsası hazır olan hissələrdə isə artıq asfaltlanma işlərinə başlanılıb. 7 sm qalınqlıda iri dənəli və 5 sm qalınlıqda xırda dənəli asfalt-beton qarışığından istifadə olunmaqla yolun 84 min kv.m sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

Layihə çərçivəsində yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular və boru başlıqları dağılmış olduğu üçün yenilərinin quraşdırılmasına ehtiyac yaranıb. Məhz bu mqəsədlə yol boyu 300, 500 və 1000 mm diametrli 314 paqon-metr uzunluğunda yeni dəmir-beton borular quraşdırılır və izolyasiya olunur, həmçinin 52 kv.m körpü məhəccəri sıradan çıxdığı üçün yeniləri ilə əvəz olunur.

Tikinti işlərini sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yollar boyu 110 ədəd yol nişanı, 14 ədəd km göstəricisi, 560 ədəd siqnal dirəkləri quraşdırılacaq, 43 km uzunluğunda üfüqi nişanlanma xətləri və piyada zolaqları çəkiləcək, həmçinin 5 ədəd avtobus dayanacağı inşa ediləcək.

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılan işlərin tərtib olunmuş qrafikə uyğun cari ilin iyul-avqust aylarında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

İmişli-Yalavac-Axıcanlı-Rəsulu-Şahverdili-Bəhrəmtəpə-Qaragüvəndikili avtomobil yolunun yenidən qurulmasında məqsəd yol boyu yaşayan vətəndaşların istər rayon mərkəzinə, istərsə də Hacıqabul-Bəhramtəpə-Mincivan magistral avtomobil avtomobil yoluna rahat çıxışını təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqla kənd təsərrüfatının inkişafına təkan verməkdir. Bu tədbirlər vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsini göstərir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT