Göygöldə yararsız elektrik dayaqları və naqillər dəyişdirilir - VİDEO

Göygöl rayonunda əhalinin elektrik enerjisi ilə normal təminatı üçün yenidənqurma və əsaslı təmir işləri aparılır.
Göygöldə  yararsız elektrik dayaqları və naqillər dəyişdirilir
“Azərişıq” ASC Gəncə regionunda istismar müddətini başa vurmuş elektrik şəbəkələri külək və digər təbii amillərə adekvat olmadığından genişmiqyaslı yenidənqurma işləri aparır.

XİA.az xəbər verir ki, istismar müddətini başa vurmuş elektrik xətləri külək və digər təbii amillərə adekvat olmadığından açılmalar baş verir. Elektrik enerjisinin verilməsində fasilələr yaranır. Bu səbəbdən şəbəkələrin texniki vəziyyətinin mövcud normaların tələblərinə uyğun vəziyyətə gətirilməsi, istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, qeydiyyatsız və sayğacsız elektrik enerjisindən istifadə hallarının, israfçılığın qarşısının alınması, həmçinin elektrik enerjisinin realizasiyasının tam həyata keçirilməsi istiqamətində xeyli işlər görülür.

Belə ki, Göygöl rayonunun elektrik təsərrüfatında köklü şəkildə yenidənqurma işləri aparılır. SİP kabellər çəkilməklə smartkart tipli sayğacların quraşdırılmasına başlanılıb. Həyata keçirilən tədbirlər əhalini fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etməyə şərait yaradır.

Göygöldə elektrik təsərrüfatının yenilənməsinə təxminən bir ay əvvəl başlanılıb. İlkin olaraq rayon mərkəzində daxili küçələrə SİP kabellər çəkilib, metal dayaqlar basdırılıb.Yeni transformator quraşdırılıb. Hazırda rayonun Qızılqaya qəsəbəsi ərazisində köhnə naiqillər sökülür, yeni kabelləşmə işləri aparılır.

Samir Rəsulzadə - Göygöl Elektrik Şəbəkəsinin rəisi: “Göygöl rayon əhalisini fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün təmir- bərpa işləri aparılır. Rayon ərazisindəki köhnə dayaqlar yenisi ilə əvəz olunur. Həmçinin bir çox kəndlərdə SİP-ləşmə ilə bağlı iş aparılır. Əminliklə demək olar ki, bütün bu işlər əhalini fasiləsiz elektrik enerjisi ilə təchiz etməyə imkan yaradacaq”.

Göygöl şəhəri ilə paralel olaraq, digər kəndində də elektrik xətləri SİP kebellərlə əvəz olunur. Qeyd edək ki, görülən işlər əhalinin failəsiz işıqla təmin olunması üçündür.

Hazırda işlər davam etdirilir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT