Nazir: - “Geosiyasi tendensiyalar neftin 80 dollaradək bahalaşmasına rəvac verib"

Nazir:
“Cari neft qiymətlərindəki dəyişiklik oxşar tarixi analogiyalarla üst-üstə düşür”.

XİA.az-ın məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən “Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransında çıxışı zamanı bildirib.

“Bildiyiniz kimi neft qiyməti müxtəlif geosiyasi reallıqlara və çevrəyə müəyyən təsir effekti törədir. Cari geosiyasi tendensiyalar və verilən müəyyən siyasi qərarlar, eləcə də dünyanın məhz neft sənayesinin mühüm çəkisi olan ölkələrində müxtəlif münaqişə və rəqabət də neftin qiymətinin 80 dollaradək artmasına rəvac verib. Buna baxmayaraq vəziyyət tam dayanıqlı deyil. Neft hasil edən ölkə ixracatçılara kifayət qədər cəlbedici olsa da, məhz bu, qlobal iqtisadi indikatorlarla müəyyənləşir. Artıq ABŞ-ın, Avropanın artan, Çinin böyüyən iqtisadiyyatı, təbii ki, artan səviyyədə neft istehlakçıları tələbatlarını artırmaqdadır. Bununla belə neft qiymətlərinə təsir edən bu göstəricilər tədricən baş verməkdədir”, - deyə P. Şahbazov vurğulayıb. (apa)

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT