Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolu yenidən qurulur - VİDEO

Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolu yenidən qurulur - VİDEO
Sənayenin, turizmin və kənd təsərrüfatının inkişafına təkan verən və bölgələrimizin müxtəlif istiqamətlər üzrə potensialını nümayiş etdirən avtomobil yollarının yenidən qurulması işləri geniş vüsət alıb. Yardımlı rayonunda cari ildə uzunluğu 22 km olan avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.

Bu yerli əhəmiyyətli Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yoludur.

Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunun ilk 13 km-lik hissəsi çınqıl, qalan 9 km-lik hissəsi isə torpaq örtüklüdür. Bu üzdən sözügedən avtomobil yolu ilə xüsusən payız-qış mövsümündə hərəkət edərkən çətinliklər yaşanırdı. Hazırda aparılan yenidənqurma işləri ilə hərəkətdə yaşanan problem aradan qaldırılır.

Başlanğıcını respublika əhəmiyyətli Masallı-Yardımlı avtomobil yolundan götürən yerli əhəmiyytli Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələri 20 mindən artıq əhalinin yaşadığı 15 kənddir. Bu kəndlər arasında nəqliyyat əlaqəsi yolun torpaq və çınqıl əsaslı olduğu üçün çox pis olub.

22 km uzunluğa və 3-6 metr arası enə malik avtomobil yolunun təqribən 13 km-i deformasiyaya uğramış çınqıl örtük olduğu üçün həmin hissədə 20 min kub.m həcmdə yol yatağı qazılaraq çıxarılır, IV texniki dərəcəyə uyğun 10 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılır.

Yolun 9 km-lik hissəsi isə torpaq örtüklü olduğu üçün bu ərazidə tikinti norma və qaydalarına uyğun olaraq yeni yolun inşası işləri aparılır. Hal-hazırda ərazidə yolun profilə salınması, bitki qatının təmizlənməsi, yolun normativ eninin alınması üçün torpaq yatağının genişləndirilməsi işləri görülür. Bundan başqa yolun genişləndirilməsi üçün bəzi hissələrdə dağ yamacları mexanizmlə kəsilərək, daşınır.

Daha sonra xüsusi qruntla yeni yol yatağı və yol əsası inşa ediləcək. Belə ki, yol əsasının alt layının tikintisi işləri 20 sm qalınlıqda qum-çınqıl, üst layının isə 16 sm qalınlıqda optimal-qırmadaş qarışığı ilə aparılması nəzərdə tutulub. Bu işlər 250 min kv.m sahədə görüləcək.

Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunun bir-neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burda yuyulmuş torpaq yatağının bərpası və əlavə bərkidilməsi işləri görüləcək. Belə ki, 57 min kub.m həcmdə xüsusi qrup qruntun əraziyə gətirilərək yayılması və kipləşdirilməsi, avtoqreyderlə 4 km uzunluğunda küvetlərin açılması, 400 kub.m dəmir-beton küvetlərin inşası aparılacaq.

Bundan başqa yolun müxtəlif nöqtələrində istinad divarının dəmir-betonla tikilməsi və izolyasiyası, mövcud suötürücü borular istismara yaramadığı üçün yenisi ilə əvəz edilməsi və zəruri yerlərdə yenilərinin quraşdırılması, başlıqlarının dəmir-betonla təmiri və izolyasıyasi nəzərdə tutulub. Bu çərçivədə yol boyu 364 paqon-metr uzunluğunda 500 və 1000 mm diametrli suötürücü dəmir-beton boru quraşdırılacaq, 14 paqon-metr uzunluğunda dördbucaqlı su keçidi və 24 metr uzunluğunda, Viləş çayı üzərində dəmir konstruksiyalı avtomobil körpüsü inşa ediləcək.

Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yollar boyu 90 ədəd yol nişanı, 22 ədəd km göstəricisi və 880 ədəd siqnal dirəkləri quraşdırılacaq, 66 km uzunluğunda yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Yenidənqurma işləri mövcud tikinti norma və standartlarına uyğun, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin başa çatdırılması üçün ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışır.

Qeyd edək ki, Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunun yenidən qurulması ilə gediş-gəliş rahatlaşacaq, yük və sərnişin daşıması isə asanlaşacaq. Bundan başqa yolun keçdiyi ərazilər boyu vətəndaşların sosial rifah halına müsbət təsir göstərən kənd təsərrüfatının və turizmin inkişafı, yeni turizm marşrutlarının yaranması da hədəflənir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT