Yeni kəsim qaydaları əti bahalaşdıra bilər

Yeni kəsim qaydaları əti bahalaşdıra bilər
İqtisadçı ekspert və satıcılar səbəblərdən danışdılar; ancaq qiymət qalxmaya da bilər, əgər...
Yaxın vaxtlarda Azərbaycan ərazisində standartlara cavab verməyən yerlərdə ət kəsimi və satışı yığışdırılacaq. Bu haqda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli məlumat verib. Onun sözlərinə görə, heyvanın daşınma qaydaları düzgün həyata keçirilməsə onun bədənində ifraz olunan xüsusi maddələr ətin yararsızlığına səbəb olur.

“Bu da sağlamlığa zərərlidir. Küçə və meydanlarda heç bir ekspertiza olmadan kəsim icra olunursa, bu insanların sağlamlığı üçün təhlükə mənbəyidir. Bunun qarşısını almaq üçün Bakı kəndləri və paytaxt ətrafı regionlar üzrə əhali və təsərrüfat sayına görə kəsim məntəqələri açılacaq. Kəsim yerlərinin formaları müəyyənləşdirilir. Bu məntəqələr modul tipli və ya mobil formada ola bilər. Hazırda onların standartları müəyyənləşdirilib və eskizlər çəkilib”, - deyə o bildirib.

Qurum nümayəndəsi Bakıya iri və xırda buynuzlu heyvanların gətirilməsinin qadağan olunacağını da bildirib: “Paytaxtın ətraf qəsəbələrində isə ancaq iri buynuzlu müvafiq heyvanları təsərrüfatda saxlamaq üçün icazə veriləcək. Gələcəkdə qurban bayramı ərəfəsində küçələrdə ət kəsimi də olmayacaq”.

Bəzi ehtimallara görə, yeni qaydalar ətin satış qiymətində artıma səbəb olacaq. Belə narahatlıq üçün əsas varmı?

10 ildən çoxdur Bakıda qəssablıq edən Cabbar kişi düşünür ki, heyvanın şəhəri gətirilməsi qadağan edildiyi halda cüzi artım gözlənilir: “Mən malı başqasından alıb, kəsib satıram. Deyirlər, ət kəsimi üçün şəhərdən kənarda kəsim məntəqələri açılacaq. Burda bir sual yaranır. Məntəqələr pullu olacaq, ya pulsuz? Pulsuz olacaqsa, ətin qiymətində qətiyyən artım ola bilməz. Yox, pullu olacaqsa, 50 qəpik - 1 manat arasında cüzi artım ola bilər. Əslində, bu artıma cüzi də demək olmaz. 3 kiloda 3 manat edəcək”.

Qəssab bir məqama da toxundu: “Bir məsələ də var. Məntəqələr pullu olarsa, ödəniş kim tərəfindən olunacaq? Qəssaba mal verən ödənişi edib heyvanı kəsdirib bizə satacaq, ya malı alandan sonra ödənişi biz edib kəsdirəcəyik?”

İqtisadçı Samir Əliyev isə deyir ki, belə qadağanın tətbiqi sanitariyanın qorunması və ətin keyfiyyətli olması baxıcımdan faydalıdır: “Sovet dövründə şəhər yerlərində əti xüsusi dükandan alınırdı və alınan ətin keyfiyyəti də normal olurdu. İndiki zamanda istehlakçıların dükandan ət almaq inamı sarsılıb. Dövrü mətbuatda Bakıya at, ya eşşək əti, yaxud ölü heyvanın əti satmağa gətirənlər haqda zaman-zaman xəbərlər yayılır. Ona görə də insanlar gözünün qarşısında kəsilən heyvana etibar edirlər. Ət kəsimində yeni qaydanın tətbiqi cəmiyyətdə hansı reaksiyanı doğuracaq? Məntəqələrdə kəsilən ətin standartlara uyğun olması təmin ediləcəkmi? Bu gün bazarlarda ət baytar həkimin icazəsi ilə satılır. İnsanlar da bilir, bu icazələr hansı yollarla alınır. İcazə verən şəxs, ya qurum heyvanın üzünü belə görmür. Buna görə də insanlarda inamsızlıq var. Ayrı-ayrı yerlərdə qeyri-rəsmi icazələr olacaq. Qeyri-rəsmi icazələr də əlavə ödəniş tələb edəcək. Bu da ətin qiymətinin qalxmasına təsir edəcək”.

Ekspert hesab edir ki, bu işdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin öhdəsinə ciddi məsuliyyət düşür: “Bu qurum işin öhdəsindən gələ bilsə, sovet dövründəki kimi insanların kəsilmiş halda dükana gətirilən ətə inamı artacaq. Sui-istifadə hallarına imkan versə, onda bu inamı bərpa etmək mümkün olmayacaq”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Lalə
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
Deputatın oğlu məhkəmədə ifadə verib
Deputatın oğlu məhkəmədə ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur
reklam
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Gəncədə baş verən hadisəni qətiyyətlə pisləyirəm. Bu hadisələr din pərdəsi
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Gəncədə baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşı kimi
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Bir neçə gün əvvəl Gəncədə terror hadisəsi yaşandı. Biz terrorun hər
 
XİA.az - TƏQDİMAT