Tovuzda strateji əhəmiyyətə malik bir-neçə yolun yenidən qurulması bitir - VİDEO

Tovuzda strateji əhəmiyyətə malik bir-neçə yolun yenidən qurulması bitir - VİDEO
Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə uyğun olaraq bu gün əsas diqqət kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər bir neçə mühüm məqamı özündə ehtiva edir. Belə layihələr çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tovuz rayonunda strateji əhəmiyyətə malik bir neçə istiqamətdə avtomobil yollarının yenidən qurulması işləri aparılaraq yekunlaşdırılır.

Söhbət Əsrik Cırdaxan-Kirən-Baqqallı avtomobil yolundan, həmçinin Hacıhəsənli, Yanıqlı, Sofular, Saladinli kəndlərinə və düşərgəyə gedən giriş yollarından gedir.

Sözügedən istiqamət üzrə avtomobil yolları uzun müddət əsaslı təmir olunmadığından hərəkət hissəsində çalalar və qabarmalar əmələlə gəlmişdir.Bu səbəbdən yolun yenidən qurulmasına zərurət yaranmışdır.

Agentlikdən XİA.az-a verilən məlumata görə yolun 18 km uzunluğa malik Əsrik-Cırdaxan-Kirən-Baqqallı hissəsində yolun eni ərazilərdən asılı olaraq 4-6 metr arası dəyişirdi. Sözügedən hissə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən IV və V texniki dərəcəyə uyğun yenidən qurulur. Layihəyə uyğun olaraq torpaq yatağının normativ eninin alınması üçün genişləndirilib, genişləndirilmiş ərazilərə yol boyu yararlı material tökülərək qrunt yayılıb və kipləşdirilib, yeni yol yatağı inşa olunub. Bu işlər 60 min kub.m-dən çox həcmdə icra olunub.

Bundan başqa suötürücü borular və küvetlər olmadığı üçün yol yatağı və yol əsası sel suları nəticəsində yuyulduğundan yol boyu avtoqreyderlə 26 min p.metr küvetlərin açılması və müxtəlif diametrdə 21 ədəd 228 p.metr uzunluğunda suötrücü dəmir-beton boruların quraşdırılması və izolasiyası , boru başlıqlarının dəmir betonla tikintisi işləri də aparılıb.

Daha sonra texnoloji ardıcıllığa uyğun olaraq yol əsasının tikintisi işləri aparılıb. Yol əsasının alt layının tikintisi 20 sm hündürlükdə qum-çınqıl,üst layının tikintisi isə 16 sm hündürlükdə optimal qırmadaş qarışığı ilə aparılıb. Yol əsasının tikintisi 182 min kv.m sahəni əhatə edib.

Bu işlərin ardınca yolun asfaltlanması işlərinə start verilib. Əlaqələndirici bitum səpilməklə 100 min kv.metrdən çox sahəyə 12 sm qalınlıqda 2 laydan ibarət iri və xırda dənəli olmaqla asfalt-beton örtüyü döşənir.

Anoloji işlər Hacıhəsənli, Yanıqlı, Sofular, Saladinli kəndlərinə və düşərgəyə gedən giriş yollarında da aparılıb. Burda yolların ümumi uzunluğu 15 km təşkil edir. Sözügedən yolların dağlıq ərazidən keçən hissələrində eni 3-4, digər hissələrində 4-5 metr arası dəyişirdi.

Yolun yararsız qruntunun qazılıb kənarlaşdırılması və yolun V texniki dərəcəyə uyğun yenidən qurulması üçün torpaq yatağı 2-4 metr genişləndirilib. Bunun üçün dağlıq ərazilərdə yolun normativ eninin alınması üçün yamacların və qaya tipli suxurların xüsusi texnika ilə kəsilməsi işləri də aparılıb. Ümumilikdə bu işlərin həcmi 53min kub.m təşkil edib.

Tikinti norma və standartlarına əsasən yol yatağının və yol əsasının sel suları nəticəsində yuyulmasının qarşısını almaq məqsədilə 18.5 min p.metr uzunluğunda küvetlərin açılması, 10 yerdə müxtəlif diametrli və 100 p.metr uzunluğunda dəmir-beton suötürcü boruların quraşdırılması işləri də aparılıb.

Tikinti layihəsinə uyğun olaraq, düşərgə və Hacıhəsənli kəndinə giriş yolunun asfalt-beton örtüklü, Yanıqlı, Sofular və Saladinli kəndlərinin giriş yollarının isə çınqıl örtüklü olması nəzərdə tutulub. Bunun üçün yollar boyu 110 min kv.metrdən çox sahədə 2 laydan ibarət və 28 sm hündürlüyündə yol əsasının tikintisi aparılıb.

Bunun ardınca düşərgə və Hacıhəsənli kəndinin giriş yolunun 12 min kv.metrdən çox sahəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir. Yanıqlı, Sofular və Saladinli kəndlərinə giriş yollarının 60 min kv.metrdən çox sahəsində isə yol geyiminin 12 sm qalınlıqda optimal qum-qırmadaş qarışığı ilə tikintisi işləri aparılır.

Tikinti işlərinin sonuncu mərhələsində layihə boyu 176 ədəd yol nişanı və məlumatverici lövhə, km göstəricisi ,1715 ədəd siqnal dirəyi quraşdırılacaq. Yolun üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılmaqla yaxın aylarda burda müasir yol infrastrukturu yaradılacaq.

Avtomobil yolunun tikintisi 8 mindən çox əhalinin yaşadığı 11 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Bundan başqa, bu yolun inşası bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
“Azərbaycanın ərazi bütövlüyü təmin edilmədən İrəvanla Ankara arasında
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl ərə gedən qadın dünyasını dəyişib.
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
“Röyanın efirdə təhqiramiz ifadə işlətməsi 9 ay əvvəl baş verib, köhnə
reklam
Qan donduran hadisə
Qan donduran hadisə - Öldürdüyü 63 pişiyi soyuducuda saxladı - VİDEO
Amerikanın Minnesota əyalətində baş verən qan donduran hadisə eşidənlərin
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada keçid
 
XİA.az - TƏQDİMAT