Lerikdə 28 km uzunluğa malik yolun yenidən qurulması bitmək üzrədir - VİDEO

 Lerikdə 28 km uzunluğa malik yolun yenidən qurulması bitmək üzrədir - VİDEO
Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkə əhəmiyyətli yollarla yanaşı, yeni kənd yollarının inşası, mövcudlarının isə müasir səviyyəyə çatdırılması sahəsində mühüm layihələrin icrası uğurla davam etdirilir və bir-çoxunda işlər artıq yekunlaşmaq üzrədir. Onlardan biri də Lerik rayonunun Piran – Hamarat – Vjaker avtomobil yoludur.

Piran – Hamarat – Vjaker avtomobil yolu 26 km uzunluğa malik,torpaq və çınqıl örtüklü idi. Əsaslı şəkildə yenidən qurulmayan yolda qabaramalar və çökmələr əmələ gəlmiş və yol avtomobillərin istismarı üçün yarasız vəziyyətə düşmüşdür. Qeyd edək ki,yolun hərəkət hissəsinin eni ərazilərdən asılı olaraq 2.5-5 metr arası dəyişirdi. Sadalanan problemlər hərəkətdə,xüsusən payız-qış mövsümündə ciddi maneələrə səbəb olurdu. Artıq bu problemlər geridə qalıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun 20 km-lik hissəsi 4-cü texniki dərəcəyə uyğun olaraq asfalt-beton örtüklü, qalan 6 km-lik hissəsi isə 5-ci texniki dərəcəyə uyğun çınqıl örtüklə yenidən qurularaq yekunlaşdırılır. Bunun üçün yolun mövcud torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılırb yatağın genişləndirilməsi üçün dağ yamacları xüsusi mexanizmlə kəsilib. Ardınca qazılmış və genişləndirilmiş hissələrə yararlı qrunt tökülərək kipləşdirilib. Bu işlərin həcmi 350 min kub.m-dən artıqdır.

AAYDA-dən XİA.az-a verilən məlumata əsasən bundan başqa suötürücü borular və küvetlər olmadığı üçün yol yatağı və yol əsası sel suları nəticəsində yuyulduğundan yol boyu layihəyə uyğun olaraq avtoqreyderlə 22.5 min p.metr küvetlərin açılması və müxtəlif diametrdə 460 p.metr uzunluğunda suötürücü metal və dəmir-beton suötürücü boruların quraşdırılması və izolasiyası, boru başlıqlarının dəmir betonla tikintisi işləri də aparılıb. Yolu profilə salmaq məqsədi ilə 65 min kub.m həcmdə karxana çınqılından hamarlayıcı qatın tikintisi işləri də görülüb.

Texnoloji ardıcıllığa uyğun olaraq bunun ardınca yol əsasının tikintisi işləri aparılıb. Yol əsasının alt layının tikintisi 20 sm hündürlükdə qum-çınqıl, üst layının tikintisi isə 16 sm hündürlükdə optimal qum-çınqıl qarışığı ilə aparılıb. Yol əsasının tikintisi 178 min kv.m sahəni əhatə edib.

Tikinti norma və qaydalarına uyğun olaraq hazırda yolun asfaltlanması işlərinə start verilib. Əlaqələndirici bitum səpilməklə 120 min kv.metr sahəyə 12 sm qalınlıqda 2 laydan ibarət iri və xırda dənəli olmaqla asfalt- beton örtüyü döşənir.

Tikinti işlərinin sonuncu mərhələsində layihə boyu 62 ədəd yol nişanı və məlumatverici lövhə, 52 ədəd km göstəricisi, 360 ədəd siqnal dirəyi quraşdırılacaq. 20 km uzunluğunda üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılaraq yaxın aylarda vətəndaşların istifadəsinə veriləcək.

Yerli əhəmiyyətli Piran – Hamarat – Vjaker avtomobil yolu respublika əhəmiyyətli Lənkəran-Lerik avtomobil yolundan ayrılır və 9 min nəfər əhalinin yaşadığı 28 məntəqəni birləşdirir. Avtomobil yolu əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi və qonşu rayonlarla nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Bundan başqa, bu yolun inşası bölgədə turizmin və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.

Bu yolun yenidən qurulması ilə bağlı həyata keçirilən layihə sübut edir ki, ölkəmizdə avtomobil yollarının tikintisi və yenidən qurulması davamlı xarakter alıb. Bu tədbirlər vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsini göstərir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir
FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 17
Dövlət Miqrasiya Xidmətində təlim
Dövlət Miqrasiya Xidmətində təlim
Təlim miqrasiya orqanları işçilərinin peşəkarlıq səviyyəsinin
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və
reklam
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Latviya Respublikasının ədliyyə naziri Dzintars Rasnaçsın başçılıq etdiyi
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gəlib
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gəlib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
 
XİA.az - TƏQDİMAT