Azərbaycanda sadələşdirilmiş vergi LƏĞV EDİLƏCƏK

Azərbaycanda sadələşdirilmiş vergi LƏĞV EDİLƏCƏK

Xəbər verdiyimiz kimi, 2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı təsdiq edilib.

Xia.az proqrama istinadən xəbər verir ki, görüləcək tədbirlərdən biri sadələşdirilmiş vergi sisteminin tədricən ƏDV sistemi ilə əvəzləşdirilməsi və ƏDV dərəcəsinin diferensiallaşdırılmasıdır.

"Təsərrüfat subyektlərinin sadələşdirilmiş vergi sistemindən ƏDV sisteminə mərhələli keçid mexanizminin hazırlanması nəzərdən keçiriləcəkdir. Müxtəlif sektorlar və ölçüsündən asılı olaraq təsərrüfat subyektləri üçün mərhələli yanaşma planı tərtib ediləcəkdir. Keçiddən sonra ƏDV-nin diferensiallaşdırılması məsələsinə baxılacaqdır. Bu cür yanaşma sadələşdirilmiş vergi rejimindən ƏDV sisteminə keçidə dəstək olacaqdır”,- Proqramda deyilir.

Hazırda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.1.1-ci, 218.1.2-ci maddələrinə əsasən ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslərə və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ verilmişdir.

Proqramda qeyd edilir ki,sadələşdirilmiş verginin seçilməsi imkanı iqtisadiyyatda nağd ödənişləri də stimullaşdırır.

Vergi ödəyicilərinin 97%-nin sadələşdirilmiş vergi ödəyicisi olmasına baxmayaraq, ümumi vergi daxilolmalarında sadələşdirilmiş vergi daxilolmalarının xüsusi çəkisi 2017-ci ildə cəmi 5,3% təşkil etmişdir (2016 – 4,3%, 2015 – 2,4%, 2014 – 2,2%, 2013 – 1,8%).

Proqramda qeyd edilir ki, nümunəvi dünya təcrübəsinə uyğun olaraq kiçik sahibkarlıq subyektlərinin də tədricən ƏDV ödəyicisinə çevrilməsi vergidən yayınmanın, habelə nağd hesablaşmalara olan motivlərin aradan qalxmasına gətirib çıxarmış olar.

"ƏDV dərəcəsinin aşağı olduğu bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə standart (bütün ödəyicilər üçün eyni) ƏDV, yüksək olduğu ölkələrdə isə diferensiallaşdırılmış ƏDV tətbiq edilir. Azərbaycan ƏDV dərəcəsinin nisbətən yüksək olduğu ölkələr sırasına aiddir və digər amillər nəzərə alınmaqla, burada da ƏDV dərəcələrinin məhsul və xidmət qrupları üzrə diferensiallaşdırılması həyata keçirilə bilər”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Səhiyyə naziri Oqtay Şirəliyev sabah Göygöldə vətəndaşları qəbul edəcək
Səhiyyə naziri Oqtay Şirəliyev sabah Göygöldə vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 18 oktyabr
Silah-sursatla gələn vətəndaş gömrük postunda saxlanıldı
Silah-sursatla gələn vətəndaş gömrük postunda saxlanıldı
Gömrükçülər psixotrop maddə və silah-sursatın gömrük nəzarətinə bəyan
HHM bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər - VİDEO
HHM bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər - VİDEO
Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına
reklam
İran
İran "Qarabağ İslam bölgəsidir" konfransını ləğv etdi - Ermənistana görə
13 oktyabrda İranda keçirilməsi nəzərdə tutulan "Qarabağ İslam bölgəsidir"
Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur
Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur - VİDEO
Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq ölkənin
Baş konsulun rəfləri açıb göstərməsi...
Baş konsulun rəfləri açıb göstərməsi... - Çavuşoğlu
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu səudiyyəli jurnalist Camal
 
XİA.az - TƏQDİMAT