Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində 7 dəyirmi masa keçirilib

Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində 7 dəyirmi masa keçirilib

Sentyabrın 27-də Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində sənaye və energetika, turizm, kənd təsərrüfatı, kiçik və orta sahibkarlıq, nəqliyyat və tranzit, qadın sahibkarlığı və humanitar sahələrdə Azərbaycan və Rusiya əməkdaşlığına dair 7 dəyirmi masa keçirilib.

Azərbaycan və Rusiya tərəfindən dövlət və özəl sektor təmsilçilərinin iştirakı ilə keçirilmiş “Sənaye və energetika: ikitərəfli əlaqələrin perspektivləri” mövzusunda Dəyirmi Masada ölkələrimizin sənaye potensialı, bu sahədə fəaliyyət göstərən müəssisələr arasında əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib, təqdimatlar keçirilib. Tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın sənaye potensialı, uğurla həyata keçirilən sənayeləşmə siyasəti, ölkəmizdə yaradılan sənaye parkları və məhəllələri, bu sahədə Rusiya ilə birgə həyata keçirilən layihələr və əməkdaşlıq imkanları barədə məlumat verib. Qeyd olunub ki, Rusiya ilə birgə Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer”, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsi layihələri həyata keçirilir, Gəncə Avtomobil Zavodu Rusiyanın “Kamaz” və “Ural” zavodları ilə əməkdaşlıq edir, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələr reallaşdırılır. Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin isə çıxışında sənaye sahəsində əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb, bu sahədə əlaqələrin genişləndirilməsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının fəaliyyətinin əhəmiyyətini qeyd edib.

“Turizm sahəsində əməkdaşlığın inkişafı” mövzusunda Dəyirmi Masada Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının və turizm şirkətlərinin nümayəndələri iştirak edib. Dəyirmi masada hər iki ölkənin turizm potensialı və bu sahənin inkişafı üçün həyata keçirilən tədbirlər barədə məlumat verilib, əməkdaşlıq perspektivləri, birgə layihələrin icrası müzakirə edilib, Rusiya və Azərbaycan regionlarının turizm potensialına dair təqdimatlar keçirilib. Azərbaycan Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev turizmin ölkəmizdəki sürətli inkişafından, bununla bağlı qəbul olunan dövlət proqramlarından, imzalanan fərman və sərəncamlardan, reallaşdırılan layihələrdən bəhs edib. Diqqətə çatdırılıb ki, təkcə bu ilin ilk yarısında Rusiyadan Azərbaycana 600 mindən çox turist gəlib. Rusiyanın Federal Turizm Agentliyinin rəhbəri Oleq Safonov isə bildirib ki, iki ölkə arasında digər sahələrdə olduğu kimi, turizm sahəsində də əlaqələr inkişaf edir. 2016-cı illə müqayisədə 2017-ci ildə Rusiyadan Azərbaycana turist səfərləri 17% artıb və Rusiya bu artım dinamikasının davam etməsində maraqlıdır.

“Aqrar sahədə əməkdaşlığın inkişafı” mövzusunda Dəyirmi Masada hər iki ölkənin kənd təsərrüfatı sahəsində təcrübəsinə, bu sahədə tətbiq olunan qabaqcıl texnologiyalara və yeniliklərə, ixracın genişləndirilməsinə, əməkdaşlığın inkişafına dair ətraflı fikir mübadiləsi aparılıb, regionların investisiya potensialına və aqrar sahədə fəaliyyət göstərən şirkətlərin fəaliyyətinə dair təqdimatlar keçirilib. Dəyirmi masada müvafiq dövlət orqanlarının, aqrar sahədə ixtisaslaşmış şirkətlərin və təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Tədbirdəki çıxışında Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, Azərbaycan və Rusiya arasında aqrar sahədə də əməkdaşlıq ildən-ilə genişlənir. 2017-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 4,2% artıb. Ötən il Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixracı 3,8 dəfə, pambıq ixracı isə 8,6 dəfə artıb. Bu göstəricilər aqrar sahədə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsindən xəbər verir. İlham Quliyev ölkəmizin Rusiya ilə birgə aqrar sahədə layihələrin reallaşdırılmasında, innovasiyaların tətbiqində maraqlı olduğunu da diqqətə çatdırıb. Rusiyanın Kənd Təsərrüfatı nazirinin müavini Sergey Levin isə Azərbaycanın aqrar məhsullarına Rusiyada böyük maraq olduğunu, hər iki ölkənin aqrar sahədə çalışan iş adamlarının uğurla əməkdaşlıq etdiyini vurğulayıb.

Forum çərçivəsində “Kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq” mövzusunda Dəyirmi Masa da keçirilib. Tədbirdə Azərbaycan və Rusiya tərəfindən rəsmi şəxslər, eləcə də İKT, qida və kimya sənayesi, tikinti, sığorta, maliyyə və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib. Dəyirmi masada çıxış edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı, bu sahəyə göstərilən dövlət dəstəyi barədə məlumat verib. Qeyd olunub ki, 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Agentliyin yaradılmasında məqsəd ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, onlara bir sıra xidmətlərin göstərilməsi, dövlət və özəl qurumların bu sahədə göstərdikləri xidmətlərin əlaqələndirilməsidir. Agentlik tərəfindən görülən işlər barədə danışan Orxan Məmmədov qeyd edib ki, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, 2025-ci ilədək Azərbaycanda KOB-un payı ÜDM-də 35%-ə, məşğulluqda 40%-ə, ölkənin qeyri-neft ixracında isə 25%-ə çatdırılacaq. Rusiyanın “Kiçik və Orta Sahibkarlıq Korporasiyası”nın icraçı direktoru Aleksandr Braverman isə Rusiyada kiçik və orta sahibkarlığın inkişafı istiqamətində görülən işlər barədə danışıb, belə tədbirlərin biznes dairələri arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətli olacağını qeyd edib.

“Humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi” üzrə Dəyirmi Masada təhsil, elm, mədəniyyət və idman sahələrində layihələrin həyata keçirilməsi, gənclər arasında əməkdaşlığın aktivləşdirilməsi, humanitar sahədə əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə olunub, hər iki ölkənin humanitar sahədə təcrübəsini, bu sahədə qazanılmış uğurları əks etdirən, eləcə də təhsil müəssisələrinin proqramlarına dair təqdimatlar keçirilib. Dəyirmi Masada elm və təhsil müəssisələrinin, eləcə də mərkəzi icra hakimiyyətlərinin və humanitar sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

“Nəqliyyat və tranzit yükdaşımaları sahəsində əməkdaşlığın möhkəmləndirilməsi”nə dair Dəyirmi Masada müvafiq sahədə fəaliyyət göstərən dövlət qurumlarının, yükdaşımalar ilə məşğul olan şirkətlərin təmsilçiləri iştirak edib. Tədbirdə nəqliyyat və yükdaşımalar sahəsində mövcud əməkdaşlığa, əlaqələrin genişləndirilməsi perspektivlərinə dair bir sıra çıxışlar dinlənilib, müzakirələr aparılıb. Qeyd edilib ki, Azərbaycan və Rusiya arasında nəqliyyat və tranzit sahəsində əməkdaşlıq imkanları genişdir və bu baxımdan, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi önəmlidir. Diqqətə çatdırılıb ki, əvvəlki illə müqayisədə bu il Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 100 dəfə çox olub. Tədbirdə həmçinin, ölkələrimiz arasında nəqliyyat sahəsində birgə həyata keçirilən layihələr barədə də məlumat verilib.

“Qadın sahibkarlığının inkişafı sahəsində əməkdaşlıq perspektivləri” üzrə Dəyirmi Masada iştirak edən hər iki ölkənin rəsmi şəxsləri və qadın sahibkarlar Azərbaycan və Rusiyada qadın sahibkarlığın inkişafı və bu istiqmətdə göstərilən dəstək tədbirləri barədə çıxış ediblər. Dəyirmi masada qadın sahibkarlar bu sahədə təcrübələrini bölüşüb və əməkdaşlıq imkanlarını müzakirə ediblər. Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komistəsinin sədri Hicran Hüseynova ölkəmizdə qadın sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi, o cümlədən bu sahədə təşkil olunan müxtəlif maarifləndirici tədbirlər, qadın sahibkarlara verilən güzəştli kreditlər, “ABAD”ın bu sahədəki fəaliyyəti barədə danışıb, Azərbaycanın Rusiyanın qadın sahibkarlar təşkilatları ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu və bu sahədə geniş imkanları diqqətə çatdırıb. “Biznes Qadınlar” Ümumrusiya İctimai Təşkilatının prezidenti Tatyana Qvilava Azərbaycanda qadın sahibkarlığın inkişafına göstərilən dəstəkdən məmnunluğunu bildirib, bu sahədə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Səhiyyə naziri Oqtay Şirəliyev sabah Göygöldə vətəndaşları qəbul edəcək
Səhiyyə naziri Oqtay Şirəliyev sabah Göygöldə vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 18 oktyabr
Silah-sursatla gələn vətəndaş gömrük postunda saxlanıldı
Silah-sursatla gələn vətəndaş gömrük postunda saxlanıldı
Gömrükçülər psixotrop maddə və silah-sursatın gömrük nəzarətinə bəyan
HHM bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər - VİDEO
HHM bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər - VİDEO
Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına
reklam
İran
İran "Qarabağ İslam bölgəsidir" konfransını ləğv etdi - Ermənistana görə
13 oktyabrda İranda keçirilməsi nəzərdə tutulan "Qarabağ İslam bölgəsidir"
Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur
Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur - VİDEO
Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq ölkənin
Baş konsulun rəfləri açıb göstərməsi...
Baş konsulun rəfləri açıb göstərməsi... - Çavuşoğlu
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu səudiyyəli jurnalist Camal
 
XİA.az - TƏQDİMAT