Nəqliyyat sahəsində Azərbaycan-İran əlaqələri müzakirə edilib

Nəqliyyat sahəsində Azərbaycan-İran əlaqələri müzakirə edilib
İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Dəmir Yolları Şirkətinin prezidenti Səid Məhəmmədzadə ilə görüşüb.

Əvvəlcə İqtisadiyyat naziri Şahin Mustafayev İranın Əhvaz şəhərində törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması ilə bağlı başsağlığı verib.

Azərbaycan-İran əlaqələrindən danışan Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi istiqamətində xeyli işlər görüldüyünü və əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. Ölkələrimiz iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat sahəsində də uğurla əməkdaşlıq edir. Qarşılıqlı səfərlər və keçirilən görüşlər dəmir yolu sahəsində də əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.

İran İslam Respublikasının Dəmir Yolları Şirkətinin prezidenti Səid Məhəmmədzadə Şimal-Cənub nəqliyat dəhlizinin inkişafı istiqamətində İran tərəfindən görülən işlər barədə məlumt verib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və İranın Ərdəbil əyalətinin valisi Əkbər Behmanın da iştirak etydiyi görüşdə Azərbaycan-İran iqtisadi əlaqələrinə, İranın Ərdəbil vilayəti ilə iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsinə, eləcə də nəqliyyat sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Səhiyyə naziri Oqtay Şirəliyev sabah Göygöldə vətəndaşları qəbul edəcək
Səhiyyə naziri Oqtay Şirəliyev sabah Göygöldə vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 18 oktyabr
Silah-sursatla gələn vətəndaş gömrük postunda saxlanıldı
Silah-sursatla gələn vətəndaş gömrük postunda saxlanıldı
Gömrükçülər psixotrop maddə və silah-sursatın gömrük nəzarətinə bəyan
HHM bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər - VİDEO
HHM bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər - VİDEO
Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına
reklam
İran
İran "Qarabağ İslam bölgəsidir" konfransını ləğv etdi - Ermənistana görə
13 oktyabrda İranda keçirilməsi nəzərdə tutulan "Qarabağ İslam bölgəsidir"
Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur
Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur - VİDEO
Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq ölkənin
Baş konsulun rəfləri açıb göstərməsi...
Baş konsulun rəfləri açıb göstərməsi... - Çavuşoğlu
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu səudiyyəli jurnalist Camal
 
XİA.az - TƏQDİMAT