İtaliyanın Azərbaycandakı səfiri İqtisadiyyat Nazirliyində olub

İtaliyanın Azərbaycandakı səfiri İqtisadiyyat Nazirliyində olub
İqtisadiyyat naziri Şahin Mustafayev İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarini ilə görüşüb.

Görüşdə nazir Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın uğurla davam etdiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyaya səfərləri, bu ilin iyul ayında İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana, sentyabrda isə Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın İtaliyaya səfərinin, bu səfərlər çərçivəsində keçirilən görüşlərin və aparılan danışıqların əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyətini vurğulayıb. Azərbaycan-İtaliya iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair fikirlərini bildirən Şahin Mustafayev Azərbaycanda 95 İtaliya şirkətinin qeydiyyatdan keçdiyini, bu şirkətlərin dövlət əsaslı 41 podrat layihəsində iştirak etdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, İtaliya Azərbaycanının əsas ticarət tərəfdaşıdır və ixracda birinci yerdədir.

Hazırda Azərbaycan və İtaliya arasında investisiyaların təşviqi və qorunması haqqında yeni Saziş layihəsi, ölkələrimiz arasında energetika, infrastruktur, logistika, dəmir yolları, aqrar sənaye, neft-kimya və digər sahələrdə əməkdaşlığı nəzərdə tutan birgə Fəaliyyət Planı üzərində iş aparılır. Azərbaycan və İtaliyanın enerji sahəsində uğurla əməkdaşlıq etdiyini və bu sahədə birgə layihələr həyata keçirildiyini diqqətə çatdıran Şahin Mustafayev ölkəmizin qeyri-neft sektoru sahəsində İtaliya ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, infrastruktur, energetika, turizm, kənd təsərrüfatı, nəqliyyat, humanitar və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını vurğulayıb.

İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarini yüksək səviyyəli qarşılıqlı səfərlərin uğurlu olduğunu vurğulayıb, səfərlər zamanı digər sahələr kimi, qeyri-neft sektoru sahəsində də əməkdaşlığın inkişafına dair müzakirələrin aparıldığını qeyd edib. Səfir İtaliya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə layihələr reallaşdırmaqda maraqlı olduqlarını diqqətə çatdıraraq, əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Səhiyyə naziri Oqtay Şirəliyev sabah Göygöldə vətəndaşları qəbul edəcək
Səhiyyə naziri Oqtay Şirəliyev sabah Göygöldə vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 18 oktyabr
Silah-sursatla gələn vətəndaş gömrük postunda saxlanıldı
Silah-sursatla gələn vətəndaş gömrük postunda saxlanıldı
Gömrükçülər psixotrop maddə və silah-sursatın gömrük nəzarətinə bəyan
HHM bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər - VİDEO
HHM bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər - VİDEO
Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına
reklam
İran
İran "Qarabağ İslam bölgəsidir" konfransını ləğv etdi - Ermənistana görə
13 oktyabrda İranda keçirilməsi nəzərdə tutulan "Qarabağ İslam bölgəsidir"
Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur
Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur - VİDEO
Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq ölkənin
Baş konsulun rəfləri açıb göstərməsi...
Baş konsulun rəfləri açıb göstərməsi... - Çavuşoğlu
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu səudiyyəli jurnalist Camal
 
XİA.az - TƏQDİMAT