İqtisadiyyat naziri Çinin Azərbaycandakı səfiri ilə görüşüb

İqtisadiyyat naziri Çinin Azərbaycandakı səfiri ilə görüşüb
İqtisadiyyat naziri Şahin Mustafayev Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua ilə görüşüb.

Görüşdə nazir Şahin Mustafayev Azərbaycanda Çinlə əməkdaşlığa böyük önəm verildiyini, ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Bildirilib ki, 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 1,3 mlrd. dollar olub. Bununla belə ticarət dövriyyəsinin artırılması üçün böyük imkanlar var.

Qeyd olunub ki, Pekində Azərbaycanın Ticarət Nümayəndəliyi fəaliyyət göstərir. Bu ilin sentyabrında Çinin Lucou şəhərində açılmış Azərbaycan Ticarət Evi iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsi ilə yanaşı, Çində Azərbaycan məhsullarının tanıdılmasına, mədəniyyət və turizm sahəsində əməkdaşlığa töhfə verəcək. Bununla yanaşı, Azərbaycanın xarici ölkədə ilk şərab evi də Çinin Urumçi şəhərində açılıb. Bildirilib ki, Şanxayda da Azərbaycan Ticarət və Şərab evlərinin açılması nəzərdə tutulur. Bütün bunlar isə Çinlə ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəkdir.

Görüşdə bu ilin 5-10 noyabr tarixlərində Şanxayda keçiriləcək Birinci Beynəlxalq İdxal Sərgisi barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, Sərgidə iştirak məqsədi ilə Azərbaycan nümayəndə heyəti Çinə səfər edəcək. Sərgidə Azərbaycan kənd təsərrüfatı və qida sənayesi, xidmət sahəsi üzrə 2 stendlə təmsil olunacaq. 300 kv.m sahəni əhatə edəcək pavilyonda Azərbaycanın 30-dan çox şirkətinin məhsul və xidmətlərinin nümayiş olunması nəzərdə tutulur. Səfər şərçivəsində həmçinin, Çin rəsmiləri ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunacaq.

Çinlə tranzit daşımaları, logistika, ticarət, investisiya, turizm və humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini qeyd edən iqtisadiyyat naziri Azərbaycan-Çin iqtisadi əməkdaşlığının daha da genişləndirilməsi imkanlarını diqqətə çatdırıb. Görüşdə həmçinin, Transxəzər nəqliyyat dəhlizinin üstünlükləri barədə məlumat verilib və Çində bu dəhlizin imkanlarının təşviqinin genişləndirilməsinin önəmi qeyd edilib.

Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib, əməkdaşlığın inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev İtaliya Senatı sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyev İtaliya Senatı sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də İtaliya
İlham Əliyev Türkmənistan Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib
İlham Əliyev Türkmənistan Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də
On beş il:
On beş il: - sabit və təhlükəsiz Azərbaycan
Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Beynəlxalq Əlaqələr
reklam
Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşır
Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşır - VİDEO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin
Almaniyanın NİTRO jurnalının əməkdaşları Gəncədə olublar
Almaniyanın NİTRO jurnalının əməkdaşları Gəncədə olublar
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Almaniyanın NİTRO
Niyazi Bayramov məktəbəqədər və orta təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb
Niyazi Bayramov məktəbəqədər və orta təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov körpələr evi-uşaq
 
XİA.az - TƏQDİMAT