Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşır - VİDEO

Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşır
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin qəsəbələrini birləşdirən avtomoil yollarının yenidən qurulması işləri yüksək keyfiyyətlə və sürətlə davam etdirilir. Vətəndaşların rahatlığı üçün hesablanmış layihələrin icrası çərçivəsində uzunluğu 13.8 km olan Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir.

Əsaslı şəkildə təmir olunmadan uzun illər istismar olunması, əsasən ağır tonnajlı yük maşınlarının hərəkəti nəticəsində yol geyimi və yol əsası deformasiyaya uğramış, qabarma və çalalar əmələ gəlmişdi. Bu isə vətəndaşların gediş-gəşişində çətinliklərə səbəb olurdu. Bu üzdən Dövlət Agentliyi tərəfindən yolun əsaslı şəkildə təmirinə start verilmişdir.

Lökbatan-Qızıldaş avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Layihəyə uyğun yolun hərəkət hissəsi 7 metr olmaqla, yol yatağının eni 12-13 metr təşkil edir.

Yol boyu yeni yol yatağı inşa olunub. Bu çərçivədə yağıntılar zamanı yolun hərəkət hissəsinə suların dolmasının qarşısını almaq məqsədi ilə kənardan xüsusi material gətirilərək yol yatağı 1-1.4 metr hündürlüyə qaldırılıb. Daha sonra lazımi qalınqlarda optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşası işləri aparılıb.

Torpaq işləri bitəndən sonra yola 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi işləri start verilib. Asfaltlanma işləri yolun təqribən 100 min kv.m sahəsində aparılır.

Bundan başqa layihəyə uyğun olaraq 2 nöqtədə yolun altından suların ötürülməsi üçün suötürücü dəmir-beton boru quraşdırılıb. Layihənin zəruri ərazilərində yeni piyda səkiləri və yol ayrıcı inşa edilib, kənarlarına yeni səki daşları düzülüb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə aparılan yenidənqurma və bərpa işləri tam olaraq bitəndən sonra
yol boyu hərəkətin normal təşkili üçün yol nişanlarının quraşdırılması və yolun xətlənməsi kimi zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması ilə 4 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi xeyli yaxşılaşacaq, sərnişin daşıması asanlaşmaqla 46 minə yaxın əhalinin gediş-gəlişi xeyli rahatlaşacaq. İşlərin yaxın aylarda tam olaraq yekunlaşdırılması nəzərdə tutulub.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT