Çin Azərbaycanla əməkdaşlığa böyük önəm verir

Çin Azərbaycanla əməkdaşlığa böyük önəm verir

Energetika naziri Pərviz Şahbazov Çində bir sıra görüşlər keçirib

Energetika naziri Pərviz Şahbazov Çində "Kəmər və Yol Energetika Nazirləri Konfransı” çərçivəsində bir sıra görüşlər keçirib.

Energetika Nazirliyindən verilən məlumata görə, Pərviz Şahbazovu, ilk növbədə, Çinin Milli İnkişaf və İslahatlar Komissiyasının sədr müavini Liang Veiliang və Milli Enerji Administrasiyasının nazir müavini Li Fanrongun daxil olduğu nümayəndə heyəti qəbul edib. Energetika naziri Azərbaycanın "Kəmər və Yol” təşəbbüsünün reallaşmasına dəstək verən layihələri, ölkənin karbohidrogen ehtiyatları və elektrik enerjisinin istehsalında bərpa olunan enerjinin payının artırılması ilə bağlı planları barədə ətraflı məlumat verib. SOCAR-la Çin Milli Neft Şirkəti (CNPC) arasında geoloji kəşfiyyat üzrə bu yaxınlarda imzalanmış müqaviləni əməkdaşlıqda yeni istiqamət kimi dəyərləndirib. Çin nümayəndə heyəti isə Azərbaycanın enerji və nəqliyyat sahəsində gördüyü tədbirləri yüksək qiymətləndirib. Bildirilib ki, bu layihələr "Kəmər və Yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq üçün güclü əsaslar yaradır və Çin Azərbaycan kimi belə geniş imkanlara malik ölkə ilə əməkdaşlığa böyük önəm verir.

"Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik” İnstitutunun prezidenti Xie Qiuye ilə görüş zamanı isə Çin şirkətlərinin Azərbaycanın enerji sektorunda iştirakı, xüsusilə bərpa olunan enerji mənbələri üzrə əməkdaşlığa maraq göstərmələri diqqətə çatdırılıb. Bu ölkənin Enerji Administrasiyasına və xaricdə fəaliyyət göstərən şirkətlərinə texniki dəstək verən İnstitutun bərpa olunan enerji mənbələri sahəsində fəaliyyətlərinə uyğun Azərbaycanla əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və bu sahəyə dəstəklə bağlı məsələlər Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) baş direktoru Adnan Aminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə də müzakirə edilib. Beynəlxalq Qaz İttifaqının prezidenti Joe-Myung Kangla görüşdə isə "Cənub Qaz Dəhlizi” layihələri, o cümlədən "Trans-Adriatik” (TAP) kəmərinin icra vəziyyəti, Avropa qaz bazarının şaxələndirilməsində rolu, eləcə də təşkilatla əməkdaşlıq əlaqələrinin gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb. Beynəlxalq Qaz İttifaqının Azərbaycanla birgə tədbirlər keçirməsinin vacibliyi qeyd olunub.

Enerji Xartiyasının baş katibi Urban Rusnakla görüşdə Azərbaycanın 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrliyi çərçivəsində görüləcək işlər, konfransa hazırlıq prosesi, 2019-cu ildə keçiriləcək birgə tədbirlər və müzakirəyə çıxarılacaq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində Pakistanın energetika naziri Ömər Əyyub Xanla da görüş olub. İki ölkə arasında bütün sahələrdə qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərin formalaşdığı və enerji sektorunda əməkdaşlığın inkişaf etdiyi vurğulanıb. "Kəmər və Yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün imkanlar nəzərdən keçirilib. Ekoloji cəhətdən təmiz enerjidən istifadə üzrə ölkələrarası təcrübə mübadiləsinin əhəmiyyətindən danışılıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT