"Star" NEZ-in açılışı Türkiyə və Azərbaycan üçün əlamətdar hadisədir"

"Star" NEZ-in açılışı Türkiyə və Azərbaycan üçün əlamətdar hadisədir"
"Star" neft emalı zavodunun açılışı Türkiyə və Azərbaycan üçün əlamətdar hadisədir.

Bu barədə Trend-ə tanınmış türkiyəli ekspert, professor Saleh Yılmaz deyib.

Ekspertin qiymətləndirməsinə görə, "Star" NEZ-in açılışı Türkiyə iqtisadiyyatı üçün böyük gəlir vəd edir: "Birgə müəssisəyə böyük investisiyalar qoyulub və bu layihənin iqtisadi məqsədəuyğunluğunu nəzərə alaraq, o, Azərbaycan və Türkiyə iqtisadiyyatına böyük gəlir gətirəcəkdir.

"Star" NEZ - güclü müəssisədir və onun açılışı ikitərəfli əməkdaşlığın miqyasını genişləndirəcək, energetika sahəsində qarşılıqlı fəaliyyətin əlaqələndirilməsini yaxşılaşdıracaq".

S.Yılmaz qeyd edib ki, Türkiyə və Azərbaycan regionda və dünyada yaxşı tanınan beynəlxalq əhəmiyyətli böyük nəqliyyat layihələrinin həyata keçirilməsində yaxşı ikitərəfli əməkdaşlıq təcrübəsi əldə ediblər: "Bu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləridir və onlar regionda və dünyada Azərbaycan və Türkiyənin iqtisadi maraqlarının irəlilədilməsi üçün böyük əhəmiyyət kəsb edir. Bütün bu meqaproyektlərin bizim ölkələrə çox böyük gəlir gətirməsi ilə yanaşı, onlar həmçinin regionda sabitliyin saxlanmasında mühüm rol oynayırlar".

Ekspert əlavə edib ki, Azərbaycan və Türkiyənin mühüm birgə meqaproyektləri sırasına regionun təhlükəsizliyinin təminatında ciddi əhəmiyyəti olan Trans-Anadolu kəməri (TANAP) daxildir.

S.Yılmaz bildirib ki, Türkiyə və Azərbaycanın birgə iştirakı ilə həyata keçirilən layihələr Türkiyə və Azərbaycan xalqlarının milli maraqları əsasında dayanan iki ölkənin birliyi və etibarlılığının göstəricisidir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT