Səngəçal-Çeyildağ avtomobil yolunun yenidənqurulması yekunlaşır - VİDEO

Səngəçal-Çeyildağ avtomobil yolunun yenidənqurulması yekunlaşır
Vətəndaşların rahat gediş-gəlişini təmin edilməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən qəsəbəlrarası avtomobil yolları layihələri sırasında Qaradağ rayonu Səngəçal-Çeyildağ avtomobil yolunun yenidənqurulması yekunlaşmaq üzrədir.

24 km uzunluğa malik Səngəçal-Çeyildağ avtomobil yolu uzun müddət istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayıb. Üstəlik sözügedən yolla ağır tonnajlı yük maşınların hərəkəti yolun əsasında və qara örtüyündə dağılmalara, çökmə və qabarmalara gətirib çıxarıb. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində problemlərə gətirib çıxarırdı. Məhx bu problemlərin aradan qaldırılması ilə yol boyu 2 qəsəbənin 6 minə yaxın əhalisinin rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təxirəsalınmaz tədbirlərə start verilmidir.

Səngəçal-Çeyildağ avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin eni isə 2 metr təşkil edir. Yenidənqurma işlərinə uyğun olaraq yol yataının yararsız qruntu qazılaraq çıxarılıb, əks dolğu işləri aparılaraq 52 min kub.mhəcmdə yeni yol yatağı inşa olunub.

Yolun profilə salınması üçün relyefdən aşağı olan hissələr qaldırılıb, hündür hissələr isə aşağı salınıb. Bundan başqa yolun normativ eninin alınması məqsədi ilə torpaq yatağının genişləndirməsi və dağ yamaclarının kəsilməsi işləri də aparılıb. Sadalanan işlərə paralel olaraq 20 sm hündürlükdə yol əsasının alt layı da tikilib. Bunun ardınca is 15 sm hündürlükdə əsasın üst layının tikintisi aparılıb. Əsasın alt və üst layının tikintisi 100 min kub.m-dən artıq həcmdə icra olunub.

Layihə boyu 38 ədəd müxtəlif diametrli suötürücü boru yerləşir. Lakin borular köhnəldiyindən bəzilərinin sökülərək yenidən tikilməsinə, bir hissəsinin isə təmir olunaraq işlək vəziyyətinə salınmasına zərurət yaranmışdır. Bu zəruri borular təmir olunub, köhnə borular sökülərək, yerində müxtəlif diametrli yeni dəmir-beton borular tikilib. Bundan başqa yol boyu yeraltı kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün keçid borular da atılıb.

Torpaq işləri tam olaraq bitəndən sonra texnoloji ardıcıllığa uyğun olaraq yolun asfaltlanması işlərinə başlanılıb. Əlaqələndirici bitum səpilməklə yola alt və üst lay olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənir. Asfalt-beton örtüyün eni 7 m nəzərə alınmaqla bu işlər yolun 150 min kv.m-dən çox sahədə aparılır.

Bütün işlər mövcud tikinti və norma qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. İşlərin yaxın aylarda tam olaraq yekunlaşdırılması nəzərdə tutulub.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT