"Azərbaycanda yoxsulluq 50 faizdən təxminən 5 faizə qədər enib" - Əli Əhmədov

"Azərbaycanda yoxsulluq 50 faizdən təxminən 5 faizə qədər enib"
Azərbaycanın bugünkü möhtəşəm inkişafına cəmi 13-15 il ərzində nail olunub.
XİA.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən Dayanıqlı İnkişafa dair Bakı Forumunda deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycan bu illər ərzində ölkədə yoxsulluğu 50 faizdən təxminən 5 faizə qədər endirə bilib, ökədə 2 milyon iş yeri açılıb: "Azərbaycanda dəyişənlər təkcə statistikada əks olunmur, Azərbaycanın bütün siması dəyişib. Bakı müasir şəhərə çevrilib, Azərbaycanın bütün regionları təxminən bu simaya malikdir".

Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda 13-15 il ərzində əldə olunan nailiyyətlər BMT-nin 2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa ümid yaradır.
Ə.Əhmədov vurğulayıb ki, lakin bütün dünyanın liderlərinin öz siyasi iradəsini ortaya qoyması ən vacib şərtlərdən biridir.

O deyib ki, dünyada qaçqın və məcburi köçkün problemləri, münaqişələr aradan qalxmalıdır ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq mümkün olsun:

"Azərbaycanın 20 faiz ərazisi işğal altında qalmaqdadır. Həmin ərazilərdən ölkəmiz istifadə edə bilmir. Beynəlxalq ictimaiyyət səylərini səfərbər etməlidir ki, qaçqın və məcburi köçkün problemi, haqsızlıqlar, etnik təmizləmələr aradan qalxsın və beləliklə, 2030-cu ilə qədər dünyanın simasını dəyişmək mümkün olsun”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT