Bakıda Dayanıqlı İnkişafa dair Forum keçirilir

Bakıda Dayanıqlı İnkişafa dair Forum keçirilir
Oktyabrın 25-də Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi” mövzusunda Bakı Forumu öz işinə başlayıb.
Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Avropa və MDB ölkələrinin yüksək vəzifəli nümayəndələri, ombudsmanlar, BMT-nin, beynəlxalq maliyyə institutlarının, vətəndaş cəmiyyəti və özəl sektorun nümayəndələri iştirak edirlər.
Əvvəlcə Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasına dair video-çarx nümayiş olunub.
Forumda çıxış edən Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov bu gün Bakıda Azərbaycan Respublikası Prezidentinin və bir sıra ölkələrin yüksək vəzifəli rəsmilərinin iştirakı ilə VI Humanitar Bakı Forumunun keçirildiyini vurğulayıb. Bildirilib ki, bu mötəbər tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın bu sahəyə göstərdiyi diqqətin göstəricisidir. “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”ndən irəli gələn məqsədlər və Azərbaycanın DİM-lərə nail olunması istiqamətində gördüyü işlər barədə fikirlərini bölüşən Əli Əhmədov ölkəmizdə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradıldığını, Şura çərçivəsində bütün qurumların fəaliyyətinin əlaqələndirildiyini, Azərbaycanın inkişaf prioritetlərinin DİM-lərə uyğunlaşdırıldığını və ölkəmizdə həyata keçirilən dövlət proqramları və digər səndələrdə DİM-lərin nəzərə alındığını qeyd edib. Bildirilib ki, ötən illər ərzində Azərbaycanda yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb, son 15 ildə 2 milyondan çox yeni iş yeri açılıb, əldə olunmuş sosial-iqtisadi inkişafa uyğun olaraq, paytaxt Bakının və ölkə regionlarının siması tamamilə dəyişib.
Dünyadakı qaçqın və məcburi köçkün probleminin həllinin vacibliyini və DİM-nə nail olunmasında önəmini qeyd edən Əli Əhmədov Azərbaycanın da qaçqın və məcburi köçkün problemi ilə üzləşən ölkələrdən olduğunu, torpaqlarımızın Ermənistan tərəfindən işğal olunması nəticəsində soydaşlarımızın öz yurd-yuvasından didərgin düşdüyünü xatırladıb, qaçqınların həyat şəraitinin yaxşılaşması üçün Azərbaycan hökumətinin sistemli işlər gördüyünü, qaçqınların öz doğma torpqlarına qayıtması məsələsinin hələ də öz həllini tapmadığını vurğulayıb.
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai çıxışında DİM-lərə çatmaq üçün görülcək tədbirlər, bu sahədə Azərbaycanla əməkdaşlıq barədə fikirlərini qeyd edib. Bildirilib ki, 2030-cu ilədək DİM-lərin reallaşdırılması üçün milli yol xəritələrinin hazırlanması, müxtəlif qurumlar arasında fəaliyyətin daha geniş əlaqələndirilməsi bu məqsədlərə nail olunması baxımından önəmlidir. DİM-lərin həyata keçirilməsi istiqamətində ölkəmizin ciddi addımlar atdığını vurğulayan Qulam İshaqzai bu sahədə Azərbaycan hökuməti ilə əməkdaşlqıdan məmnunluğunu bildirib, Azərbaycanın 2017-ci ildə bu sahədə Könüllü Milli Hesabatını təqdim edən ilk ölkələrdən olduğunu diqqətə çatdırb. Qeyd olunub ki, Dayanıqlı İnkişaf Məqsədlərinə dair Bakı Forumu DİM-lərə dair müzakirələrin aparılması, “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”ndən irəli gələn məqsədlərə nail olunmasında önəmli platforma olacaqdır.
BMT-nin İqtisadi və Sosial Şurasının prezidenti İnqa Rhonda Kinq çıxışında DİM-nin reallaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsinin vacibliyini qeyd edib, bu baxımdan qlobal əməkdaşlığın önəmini vurğulayıb.
Slovakiya Respublikasının Baş nazirinin müavini Riçard Raşi, Belarus Respublikasının Parlamentinin sədr müavini Marianna Şyotkina, BMT-nin Baş katibinin müşaviri Raşid Xalikov, BMT-nin İnkişaf Proqramının Avropa və MDB regional bürosunun direktor müavini Rastislav Vrbenski, video bağlantı ilə tədbirə qoşulan BMT-nin Baş katibinin müavini Olqa Alqayerova və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom çıxışlarında DİM-nə nail olunması istiqamətində görülən işlər barədə məlumat verib, DİM-lərin həyata keçirilməsi üçün əməkdaşlığın gücləndirilməsinin zəruriliyini diqqətə çatdırıb, bu sahədə Azərbaycanın gördüyü işləri müsbət qiymətləndirərərək Bakı Forumunun önəmini qeyd ediblər.
Sonra DİM-lər üzrə seçilmiş gənc səfirlərin təqdimatı olub, onlara sertifikatlar təqdim edilib.
Forum “Davamlı, inkluziv və dayanıqlı iqtisadi artımı, tam və səmərəli məşğulluğu və hamı üçün layiqli əmək imkanlarını təşviq etmək” mövzusunda sessiya ilə davam edib. Sessiyada Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, “Ernst and Young” Beynəlxalq Audit Şirkətinin nümayəndəsi Rikardo Giovannini, BMTİP/BƏT-in Məşğulluq üzrə regional məsləhətçisi Vesna Bişeva, İqtisadi və Sosial İnkişaf Mərkəzinin direktoru Vüqar Bayramov və başqaları mövzu ilə bağlı fikirlərini bölüşüb, iqtisadiyyat, sosial və digər sahələrdə DİM-nə nail olunması istiqamətində görülən işləri diqqətə çatdırıblar.
Sessiyada dayanıqlı və inkluziv iqtisadi artımın təşviqinə, hər kəs üçün məhsuldar məşğulluğa və layiqli iş şəraitinin təmin olunmasına, qlobal və regional tərəfdaşlığın gücləndirilməsinə, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində özəl şirkətlərin roluna dair müzakirələr aparılıb.
Dayanıqlı inkişafa dair Bakı Forumu oktyabrın 26-da işini sessiyalarla davam etdirəcəkdir.
***
Dayanıqlı İnkişafa dair Bakı Forumu çərçivəsində Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov BMT-nin Baş katibinin müşaviri Raşid Xalikov və BMT-nin İnkişaf Proqramının Avropa və MDB regional bürosunun direktor müavini Rastislav Vrbenski ilə görüşüb. Görüşlərdə Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində görülən işlər müsbət qiymətləndirilib, bu sahədə gələcək əməkdaşlığa və həyata keçiriləcək tədbirlərə dair fikir mübadiləsi aparılıb. Baş nazirin müavini Əli Əhmədovun Sudan Federal Hökumət Palatasının naziri Hamid Muhammed Elnar Ahmed ilə görüşdə isə hökumətlərarası əlaqələrin genişləndirilməsi, DİM üzrə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığa dair müzakirələr aparılıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT