Saatlı rayonunda yem emalı müəssisəsi istifadəyə verilib

Saatlı rayonunda yem emalı müəssisəsi istifadəyə verilib
Saatlı rayonunun Qaracalar kəndində Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" (SEDA) layihəsi çərçivəsində yem emalı müəssisəsi fəaliyyətə başlayıb.

Bununla əlaqədar oktyabrın 25-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin və icma üzvlərinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Natiq Həsənov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkəmizdə sahibkarlığın inkişafı, bu sahədə həyata keçirilən islahatlar və dəstək mexanizmləri barədə məlumat verib, sahibkarlığın, o cümlədən kiçik və orta biznesin inkişafının iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Qeyd olunub ki, ölkədə kiçik və orta biznesin inkişafına dəstək məqsədilə yaradılan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi “KOB Dostu”, “KOB evi” kimi dəstək mexanizmləri vasitəsilə sahibkarlara məsləhət, informasiya və digər xidmətlər göstərəcəkdir. Regionlarda icma əsaslı biznesyönümlü layihələrin icrası, o cümlədən Saatlı rayonunun Qaracalar kəndində yem emalı müəssisəsinin istifadəyə verilməsi də bölgədə aqrar sektorun inkişafı və məşğulluğun artırılmasında əhəmiyyətli tədbirlərdəndir.

Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Gündüz Səmədli çıxışında rayonda həyata keçirilən işlər barədə məlumat verib və yem emalı müəssisəsinin kənd sakinlərinin heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətinin genişlənməsinə şərait yaradacağını diqqətə çatdırıb.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndəsi Qreq Gelman çıxışında bu kimi birgə layihələrin əhəmiyyətindən danışıb, regionların inkişafına töhfə verdiyini qeyd edib.

Tədbirdə çıxış edən kənd sakinləri Saatlı rayonunun inkişafına göstərilən diqqət və qayğıya, rayonda həyata keçirilən layihələrə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi çərçivəsində tikilmiş yem emalı müəssisəsində istehsal sahəsi yaradılıb və anbar inşa olunub. Müəssisədə hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən, ot doğrayan avadanlıqlar quraşdırılıb

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT