Manatın məzənnəsi dəyişəcək? - Baş bankir sualları cavablandırdı

Manatın məzənnəsi dəyişəcək?

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov qarşıdakı dövrdə manat/dollar məzənnəsi və dəyişmə ehtimalı ilə bağlı sualı cavablandırıb.

XİA.az Fed.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Mərkəzi Bank pul kütləsinin hədəflənməsi rejimindədir. Yəni əsas məqsəd məzənnə deyil: «Məzənnə bizim aralıq hədəfimizdir. Bizim əsas hədəfimiz qiymət sabitliyidir».

Elman Rüstəmov bildirib ki, dolların məzənnəsi ilə bağlı dəqiq proqnoz yoxdur, amma daxili və xarici amillər Azərbaycanın xeyrinədir: «Dəqiq proqnoz deyə bilmərəm, amma həm daxili, həm də xarici şərait göstərir ki, makroiqtisadi sabitlik var. O cümlədən, neftin qiyməti sabitdir və yüksəkdir. Valyuta mövqeymiz möhkəmdir. ÜDM-nin də artımı dayanıqlıdır. Bütövlükdə bu məsələ makroiqtisadi sabitlikdən asılı olacaq, amma dediyim kimi, bu sahədə sabitlik var».

Elman Rüstəmov bildirib ki, yeni büdcə qaydalarının tətbiqi və orta müddətli xərclər strategiyasının tətbiqi bizə gələcəyə optimist baxmağa imkan verir. İnanıram ki, AMB və Maliyyə nazirliyi birgə fəaliyyətlə orta müddətli dövrdə makroiqtisadi sabitliyi qorumaq üçün lazımi addımları atacaq.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT