İlin sonunadək Çin, Bolqarıstan, BƏƏ və Səudiyyə Ərəbistanına ixrac missiyaları təşkil olunacaq

 İlin sonunadək Çin, Bolqarıstan, BƏƏ və Səudiyyə Ərəbistanına ixrac missiyaları təşkil olunacaq
Bu barədə AZPROMO-da keçirilən mətbuat konfransında bildirilib

Oktyabrın 31-də Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) fəaliyyəti, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlərə, eləcə də qarşıda duran vəzifələrə dair mətbuat konfransı keçirilib.

AZPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, rəqabətədavamlı qeyri-neft istehsalının stimullaşdırılması, ixracatçılara yaradılmış əlverişli imkanlar, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.

Yusif Abdullayev KİV nümayəndələrinin diqqətinə çatdırıb ki, Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi və ölkə iqtisadiyyatına investisiya qoyuluşunun təbliği məqsədilə 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda və xarici ölkələrdə 180 tədbir (biznes-forumlar, ikitərəfli görüşlər və s.) təşkil olunub. Bu ilin əvvəlindən 8 ölkənin müxtəlif təşkilatları ilə əməkdaşlığa dair 9 anlaşma memorandumu imzalanıb.

Ötən dövrdə İxracatçılar Klubunun keçirdiyi 17 iclasdan 14-ü Bakıda, 3-ü isə regionlarda təşkil olunub. Ümumilikdə indiyədək sahibkarlara 6,9 mln. manat, bu ilin yanvar-sentyabr aylarında isə 3,7 mln. manat məbləğində ixrac təşviqi ödənilib.

Nəzərə çatdırılıb ki, qeyri-neft məhsullarının ixracı üçün mövcud və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə tətbiq olunan mexanizmlərdən biri də bazar araşdırmalarının aparılmasıdır. İndiyədək ixracla məşğul olan sahibkarlıq subyektlərinin müraciətləri əsasında ümumilikdə 12 bazar araşdırması aparılıb.

Mətbuat konfransında bildirilib ki, yanvar-sentyabr aylarında Azərbaycan şirkətlərinin “Made in Azerbaijan” vahid ölkə stendi ilə 8 beynəlxalq sərgidə iştirakı təmin olunub. Belə ki, şirkətlərimiz “Beynəlxalq Yaşıl Həftə - 2018”, “Fruit Logistica 2018”, “Prodexpo 2018”, “Worldfood Moscow 2018”, “Gulfood 2018”, “Sial China”, “6-cı Çin-Avrasiya”, “KazBuild 2018” beynəlxalq sərgilərdə iştirak ediblər. İlin əvvəlindən vahid ölkə stendi mexanizmi çərçivəsində 3,5 mln. dollar dəyərində müqavilə imzalanıb, artıq 2,6 mln. dollar dəyərində məhsul ixrac olunub.

Bu ilin yanvar-sentyabr ayları ərzində yerli məhsulların xarici ölkələrdə təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Rusiya, İsveçrə, Çin və Qazaxıstana ixrac missiyası həyat keçirilib. Ümumilikdə isə, indiyədək 12 ölkəyə 17 ixrac missiyası təşkil olunub və Azərbaycan şirkətləri 6 olkədə keçirilən 14 beynəlxalq sərgidə “Made in Azerbaijan” vahid ölkə stendində öz məhsullarını nümayiş etdirblər.

Bu ilin yanvar-sentyabr ayları ərzində Ukrayna, Latviya və Çində “Azərbaycan Ticarət Evi” fəaliyyətə başlayıb. Ümumilikdə isə, hazırda 4 xarici ölkədə “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Bu ilin sentyabrında Çində ilk “Azərbaycan Şərab Evi” açılıb.

Tədbirdə vurğulanıb ki, yerli məhsulların xarici bazarlarda tanıdılması istiqamətində tədbirlər davam etdirilir. Belə ki, 2018-ci ilin noyabr ayında Çinin Şanxay şəhərində "Şərab Evi", ilin sonunadək BƏƏ, Polşa və Qazaxıstanda "Azərbaycan Ticarət Evi", Rusiyada isə "Şərab Evi"nin açılması nəzərdə tutulur. Bununla yanaşı, hazırda Azərbaycanın xarici ölkələrdə 4 ticarət nümayəndəliyi fəaliyyət göstərir: Rusiya,Çin,Şərqi Avropa və BƏƏ.

Ölkəmizin ixrac və investisiya imkanlarının təşviqi, Azərbaycan məhsullarının xarici bazarlarda tanıldıması tədbirlərinın davamı olaraq, 2018-ci ilin sonunadək Çin, Bolqarıstan, BƏƏ və Səudiyyə Ərəbistanına ixrac missiyaları təşkil ediləcək.

Qeyd olunub ki, şirkətlərimiz bir neçə gün əvvəl başa çatmış “Sial Paris” beynəlxalq ərzaq sərgisində uğurla təmsil olunublar. İlin sonunadək isə Azərbaycan şirkətləri Çində keçiriləcək “Çin Beynəlxalq İdxal" və “Prowine China” sərgilərində vahid ölkə stendi ilə iştirak edəcəklər.

Sonda AZPROMO-nun fəaliyyətinə dair suallar cavablandırılıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT