Azərbaycan yol infrastrukturu reytinqində MDB birincisi, dünya birinciləri arasında...

Azərbaycan yol infrastrukturu reytinqində MDB birincisi, dünya birinciləri arasında...


“İnşa olunan yolların həcmi indeksinə görə də ölkəmiz digər ölkələrlə müqayisədə seçilir”

Azər Allahverənov: “Yol infrastrukturunun keyfiyyəti indeksinə görə Azərbaycan artıq MDB məkanında olan bütün dövlətləri geridə qoyub və ölkəmiz inkişaf etmiş ölkələrlə rəqabət aparır”

Dünya İqtisadi Forumunun yeni dərc olunan “Qlobal Rəqabətlilik Hesabatı”na əsasən, Azərbaycan yolların keyfiyyəti indeksinə əsasən 34-cü yerdə qərarlaşmaqla, postsovet məkanında lider ölkə olub. Qeyd edək ki, bu indeks üzrə ölkəmizin mövqeyi ötən illə müqayisədə 2 pillə yüksəlib.

Ölkəmizin dünyanın 140 ölkəsi arasında yol infrastrukturunun keyfiyyəti indeksi üzrə 34-cü pilləyə yüksəlməklə belə yüksək nəticə əldə etməsi son illər ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan yol infrastrukturunun genişləndirilməsi və təkmilləşdirilməsi işləri nəticəsində mümkün olub.

Yol şəbəkəsinin yenidən qurulmasının məntiqi nəticəsidir ki, “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan yolların keyfiyyəti indeksinə görə bir sira Avropa dövlətlərini, o cümlədən Litva, Estoniya, Sloveniya, Norveç, İrlandiya, Belçika, İtaliya və digər ölkələri geridə qoymaqla əhəmiyyətli irəliləyiş əldə edib.

Məlumat üçün bildirək ki, 2018-ci ildə yolların keyfiyyətinə görə postsovet məkanında lider mövqedə olmaqla, Azərbaycan Gürcüstanı 46 pillə, Rusiyanı 70 pillə, Qazaxıstanı 72 pillə, Ukraynanı isə 89 pillə qabaqlayıb.

Builki hesabata əsasən, yolların keyfiyyəti indeksinə əsasən Türkiyə 33-cü, Azərbaycan 34-cü, Avstraliya isə 35-ci yerləri tuturlar.

Ekspertlərin fikrincə, Azərbaycanın yolların keyfiyyəti indeksi üzrə postsovet məkanında lider olması gözlənilən idi. Çünki son zamanlar yol infrastrukturunun inkişafı istiqamətindən dövlət tərəfindən silsilə işlər həyata keçirilərək vəziyyət müsbətə doğru dəyişib.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yol infrastrukturunun inkişafı istiqamətində son illər yatırılan investisiyaların həcmi artır: “Yol infrastrukturunda yüksək nəticə əldə etmək istəyiriksə, bu sahəyə diqqət göstərilməlidir. Danılmaz faktdır ki, qeyd olunan sahəyə dövlətimiz tərəfindən xüsusi münasibət bəslənir. Rəqabətlilik indeksinə görə Azərbaycan bir neçə parametr üzrə reytinqdə ön sırada qərarlaşıb. Məlumat üçün bildirim ki, cədvəlin bir parametri keyfiyyət indeksi əsasında formalaşıb. Keyfiyyət indeksi əsasında Azərbaycan 34-cu yerdədir”.

Həmsöhbətimiz qeyd etdi ki, Azərbaycan artıq MDB məkanında olan bütün dövlətləri geridə qoyub. Sevindirici haldır ki, ölkəmiz artıq inkişaf etmiş ölkələrlə rəqabət aparır: “Yolların keyfiyyət indeksinə görə ölkəmiz ildən-ilə irəliləyir. Bu il də ölkəmizin yolların keyfiyyəti ilə bağlı ciddi nəticə əldə edəcəyi gözlənilən idi”.

Həmsöhbətimiz onu da vurğuladı ki, inşa olunan yolların həcmi indeksinə görə də ölkəmiz digər ölkələrlə müqayisədə seçilir: “3 il öncə il ərzində 500 km-dən artıq yeni yol inşa olunurdu. Ötən il isə bu rəqəm 1300 km-ə yüksəldi. Cari ilin 9 ayının nəticələrinə əsasən, artıq 1300 km-dən çox yol inşa olunub. İlin axırına qədər qeyd olunan rəqən 2000-dən artıq olmalıdır. 2019-cu ildə yeni cədvəl tərtib olunarkən Azərbaycanın mövqeyi hələ bir qədər də yüksələcək”.

Ekspertin sözlərinə görə, 10 il öncə yolların keyfiyyət söhbəti gündəmə gələrkən daha çox paytaxt yollarının keyfiyyəti nəzərdə tutulurdu. Ancaq indi yolların keyfiyyəti deyilən zaman ölkənin bütün coğrafiyasını əhatə edən yeni inşa olunan yol arteriyalarından söhbət gedir. Sevindirici haldır ki, ölkənin bütün ərazilərinin yolları müasir tələblərə cavab verir.

Günel CƏLİLOVA

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT