Deputatlar büdcəni dəyişdirdi: - əlavə 610 milyon...

Deputatlar büdcəni dəyişdirdi:
2019-cu il büdcə layihəsinin müzakirəsi zamanı millət vəkilləri tərəfindən irəli sürülən təkliflər dəyərləndirilib. Qaldırılan məsələlərə həm də makroiqtisadi sabitlik, büdcə dayanıqlığının təmin edilməsi baxımından yanaşılıb. Bəzi xərclərə dəyişiklik edilib.

Axar.az xəbər verir ki, bu sözləri Maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2019-cu il büdcə layihəsinin ikinci müzakirəsi zamanı deyib.

Maliyyə naziri bildirib ki, irəli sürülən təkliflərin ümumi dəyəri 610 milyon manat təşkil edir.

“Artımın əsas hissəsi sosial xərclərə yönəlib. Belə ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün Dövlət Neft Fondundan 200 milyon manat əlavə vəsaitin ayrılması nəzərdə tutulub. Məşğulluq tədbirlərinin keçirilməsi üçün əlavə 80 milyon manat, 2019-2020-ci ildən başlayaraq dövlət sifarişi ilə təhsil alanların xərcləri və digər təhsil xərcləri üçün 11 milyon manat təhsil xərclərinə əlavə ediləcək, Gənclər Fondunun xərcləri 2.7 milyon manat artırılacaq ki, bu da 4.4 dəfə artım deməkdir. Gələn il Azərbaycan Milli Elmlər Akademiyasına 800 min manat, səhiyyə xərclərinə 4 milyon manat əlavə vəsait ayrılacaq. Milli Məclisin xərcləri 10.1 milyon, suvarılan sahələrin artırılması üçün kənd təsərrüfatı xərcləri 40 milyon manat artırılıb. Ümumilikdə 256 milyon manat islahatların həyata keçirilməsi üçün tədbirlərin maliyyələşməsinə nəzərdə tutulub. Bələdiyyələrə ayrılan vəsait 500 min manat dəyərində azaldılacaq. Yeni yaradılan və strukturunda dəyişiklik edilən qurumlara 5.5 milyon manat vəsait ayrılacaq”.

S.Şərifov onu da vurğulayıb ki, millət vəkillərinin səsləndirdiyi digər təklifləri də hökumət müzakirə edəcək və bu təkliflər növbəti illərin büdcəsində nəzərə alınacaq.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT