KOBİA yanında İctimai Şura yaradılıb

KOBİA yanında İctimai Şura yaradılıb
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şura yaradılıb.

Şurada 15 qeyri-hökumət təşkilatı və sıralarında yüzlərlə sahibkarı birləşdirən assosiasiyalar təmsil olunur. İctimai Şuranın yaradılmasında məqsəd Agentliyin fəaliyyətində ictimai iştirakçılığın təmin olunması, Agentliklə ictimaiyyət, o cümlədən biznes ictimaiyyəti arasında qarşılıqlı əlaqələrin genişləndirilməsidir.

Noyabrın 29-da sahibkarların, vətəndaş cəmiyyəti institutlarının və media nümayəndələrinin iştirakı ilə Agentlik yanında İctimai Şuranın yaradılmasına dair tədbir keçirilib. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov vurğulayıb ki, vətəndaş cəmiyyəti institutları ilə sıx əlaqələrin qurulması Agentliyin fəaliyyətinin əsas istiqamətlərindəndir. Qeyd olunub ki, fəaliyyətə başlamasından az müddət keçməsinə baxmayaraq, Agentlik yanında İctimai Şuranın yaradılması cəmiyyət–sahibkar–dövlət orqanları arasında səmərəli münasibətlərin qurulmasına verilən önəmin göstəricisidir. KOBİA ictimai nəzarətin təmin olunması, qurumun fəaliyyəti barədə işgüzar dairələrin məlumatlandırılması, Agentliyin fəaliyyət istiqamətləri üzrə ictimai fikrin öyrənilməsində maraqlıdır. Orxan Məmmədov bildirib ki, bu baxımdan İctimai Şura KOBİA-nın fəaliyyəti və göstərdiyi xidmətlər haqqında cəmiyyətin, o cümlədən biznes dairələrin məlumatlandırılması istiqamətində tədbirlər həyata keçirəcək, sahibkarların rəy və təkliflərinin araşdırılmasında iştirak edəcək, xidmətlərin şəffaflığı sahəsində ictimai rəyi təhlil edəcək və bu sahədə olan inkişaf çağırışlarını Agentliyə çatdıracaq, tövsiyələr hazırlayacaq, təkliflər verəcəkdir.

İqtisadiyyat Nazirliyinin tabeliyində KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov məlumat verib ki, Agentlik yanında İctimai Şuraya seçkilərin keçirilməsi məqsədilə Komissiya yaradılıb, bu barədə ictimaiyyət məlumatlandırılıb, İctimai Şuranın əsasnaməsi təsdiq olunub. Bildirilib ki, artıq İctimai Şuranın ilk iclası keçirilib və 15 QHT və sahibkar assosiasiyalarından ibarət İctimai Şura formalaşdırılıb. İctimai Şurada Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu, Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi, Arıçılar, Mebel, Tikinti Materialları, Nar, Fındıq, Süd və Süd Məhsulları, Şərab İstehsalçıları və İxracatçıları, Azərbaycan Sığortaçılar, Banklar, Turizm, Sahibkar Qadınlar, Mühasiblər və Risk Peşəkarları assosiasiyaları təmsil olunur. Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov Şuranın müddətli sədri seçilib.

Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov, Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədri Məşhur Məmmədov, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəyli çıxışlarında Agentlik yanında İctimai Şuranın yaradılmasının önəmini qeyd edib, Şuranın sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafına, Agentliyin fəaliyyətinə ictimai nəzarətin təmin olunmasına öz töhfəsini verəcəyini vurğulayıblar.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT