Sənayenin və sahibkarlığın inkişafına həsr olunmuş tədbir keçirilib

Sənayenin və sahibkarlığın inkişafına həsr olunmuş tədbir keçirilib
Dekabrın 28-də rəsmi şəxslərin, aidiyyəti dövlət qurumlarının və sahibkarların iştirakı ilə “Azərbaycanda sənayenin və sahibkarlığın inkişafı - 2018” tədbiri keçirilib.

Tədbirdə İqtisadiyyat naziri Şahin Mustafayev ölkə başçısının rəhbərliyi ilə sistemli və ardıcıl islahatların 2018-ci ildə də davam etdirildiyini, bu ilin ölkə iqtisadiyyatı üçün uğurlu olduğunu, iqtisadiyyatda müsbət nəticələrin əldə olunduğunu, biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft istehsalının və ixracının stimullaşdırılması və digər tədbirlər nəticəsində Azərbaycanın iqtisadi potensialının daha da artdığını qeyd edib.

Qeyri-neft sektorunun, sənayenin istehsal və ixrac potensialının, ölkənin tranzit imkanlarının böyük olduğunu və bunların reallaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya mühüm vəzifələr qoyulduğunu diqqətə çatdıran İqtisadiyyat naziri bu istiqamətdə həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. Vurğulanıb ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar, ölkəmizin davamlı sosial-iqtisadi inkişafı, əhalinin sosial rifahının daha da yüksəldilməsi ölkəmizin iqtisadi qüdrətini daha möhkəmləndirir, beynəlxalq aləmdə nüfuzunu daha da artırır.

Azərbaycanda qeyri-neft sektorunun innovativ və yüksək texnologiyalara əsaslanan inkişafını təmin etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq, regionların sənaye potensialından daha səmərəli istifadə etmək məqsədilə ölkə başçısının müvafiq tapşırıqlarına əsasən sənaye parkları və məhəllələri yaradılıb, artıq ölkəmizdə müasir texnologiya və standartlara uyğun bir sıra müəssisələr fəaliyyət göstərir. İndiyədək sənaye parkları və məhəllələrinin 70-dən çox rezidenti tərəfindən 5 milyard manatdan çox investisiya yatırılıb. Azərbaycanda 2016-cı ildən tətbiq olunan investisiya təşviqi mexanizmi çərçivəsində indiyədək 330 layihəyə investisiya təşviqi sənədi verilib, bu layihələrə 2,8 milyard manata qədər investisiya yatırılması və 22 minədək yeni iş yerinin açılması nəzərdə tutulub.

İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, iqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı və özəl sektorun dəstəklənməsi Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə uğurla reallaşdırılan sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Dövlət başçısının bu strateji xəttinə uyğun olaraq, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, dövlət-sahibkar münasibətlərinin inkişafı, biznesə yeni dəstək mexanizmlərinın yaradılması və digər istiqamətlərdə mühüm tədbirlər həyata keçirilir.

Dövlət başçısının müasir dövrün qlobal çağırışlarının nəzərə alındığı iqtisadi islahatlar paketinə uyğun olaraq, özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafı istiqamətində sistemli və ardıcıl islahatlar aparılır, sahibkarlığa dövlət dəstəyinin sferası və coğrafiyası genişləndirilir. Sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi, sənaye parkları və məhəllələrinin, aqroparkların, biznes-inkubatorların yaradılması, sahibkarlıq sahəsində aparılan yoxlamaların 2021-ci ilədək dayandırılması, lisenziya və icazələr sisteminin təkmilləşdirilməsi, investisiyaların və ixracın təşviqi mexanizminin tətbiqi, vergi və gömrük sahəsində islahatların aparılması, ixrac missiyalarının təşkili və digər tədbirlər sahibkarlığın davamlı inkişafının təmin olunmasında, özəl sektorun iqtisadiyyatda rolunun artmasında mühüm önəm kəsb edir. İqtisadiyyat naziri ixraca dəstək mexanizmləri barədə danışaraq bildirib ki, bu il 10 ölkəyə 11 ixrac missiyası təşkil olunub, 10 beynəlxalq sərgidə yerli şirkətlərin vahid ölkə stendi ilə iştirakı təmin edilib, ticarət və şərab evləri açılıb.

Görülmüş tədbirlər beynəlxalq hesabatlarda da öz müsbət əksini tapır. Təsadüfi deyildir ki, ölkəmiz Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edilib.

Şübhəsiz ki, dövlət səviyyəsində sahibkarlığın, qeyri-neft sahəsində istehsalın və ixracın dəstəklənməsi üçün atılan addımlar Azərbaycanın iqtisadi imkanlarının daha da artmasına, özəl sektorun inkişafına, vətəndaşların həyat səviyyəsinin davamlı olaraq yüksəlməsinə xidmət edir. Şahin Mustafayev sahibkarlığın inkişafına göstərdiyi böyük diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə təşəkkür edib.

Tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev, vergilər naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, kənd təsərrüfatı naziri İnam Kərimov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev dövlət başçısının sərəncamları ilə ölkəmizdə biznes mühitinin əlverişliliyinin artırılmasına, beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılmasına, iqtisadi inkişafa verdikləri töhfəyə və səmərəli fəaliyyətlərinə görə təltif olunan 24 şəxsə medalları və fəxri adların vəsiqələrini, müxtəlif nominasiyalar üzrə seçilmiş 22 sahibkara İqtisadiyyat Nazirliyi tərəfindən verilən mükafatları təqdim ediblər.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT