Sabunçu rayonu Savalan yaşayış massivinin yolları yenidən qurulur - VİDEO

Sabunçu rayonu Savalan yaşayış massivinin yolları yenidən qurulur
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əsas öhdəliklərindən biri də hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir. Məhz bu istiqamətdə dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı şəhərində qəsəbədaxili yolların və küçələrin yenidən qurulması işlərini aparır.

AAYDA-dən XİA.az-a verilən məlumata əsasən Bakı şəhərində bu il yenidən qurulması nəzərdə tutulan yollardan biri Sabunçu rayonunda yerləşir. Söhbət başlanğıcını Zabrat-Maştağa avtomobil yolundan götürən “Savalan” yaşayış massivinin 3 km uzunluğa malik yolundan gedir.

Yenidənqurma işləri çərçivəsində yol boyu yararsız qrunt qazılaraq çıxarılıb, qazılmış, genişləndirilmiş və relyefdən aşağı olan hissələrin karbonat materialı ilə hissə-hissə doldurularaq kipləşdirilməsi işləri aparılıb, torpaq yatağı profilə salınaraq hamarlaşdırılıb.

Bunun ardınca yol əsasının inşası işləri aparılıb. Belə ki, zəruri qarışıqlarla layihədə nəzərdə tutulmuş qalınlıqda əsasın alt və üst layının təmiri aparılıb. Yol əsasının hazır olan hissələri isə hazırda əlaqələndirici bitum səpilməklə asfaltlanır.

Təmir-tikinti işləri çərçivəsində yola 2 laydan ibarət 12 sm qalınlığında yeni iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənir.

Anar Nəcəfli – AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi:
“Eni 6 metr olan “Savalan” yaşayış massivinin yolu torpaq əsaslı olduğu üçün vətəndaşların hərəkətində müəyyən çətinliklər yaranırdı. Xüsusən payız-qış mövsümündə bu problem özünü qabarıq şəkildə göstərirdi. Bu səbəbdən yolun əsaslı şəkildə bərpa olunması zərurəti yaranmışdı. Hazırda aparılan yenidənqurma işləri bu problem aradan qaldırılır.”

Asfaltlanma işlərinin ardınca hərəkətin normal təşkili üçün zəruri yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.

Təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Həbs olunmuş dünya çempionuna atmaca:
Həbs olunmuş dünya çempionuna atmaca: - Orada şeir yazarsan
Arvadını döydüyü üçün həbs edilən budo döyüş idman növü üzrə dünya
Gələn həftə hava kəskin soyuyacaq
Gələn həftə hava kəskin soyuyacaq
Azərbaycanda fevralın 17-nə gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə
Prezidentdən Siyavuş Novruzovla bağlı sərəncam
Prezidentdən Siyavuş Novruzovla bağlı sərəncam
Prezident İlham Əliyev Milli Məclisin deputatı Siyavuş Novruzovun təltif
reklam
Narkoloji Mərkəzdəki “yanğın işi”:
Narkoloji Mərkəzdəki “yanğın işi”: - İntihar etmək istəyirdimsə, camaatı niyə yandırırdım?
Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla
Venesuelaya qarşı yeni sanksiyalar
Venesuelaya qarşı yeni sanksiyalar
ABŞ Venesuela hökumətinə qarşı yeni sanksiyalar tətbiq edib. Bu haqda ABŞ
Qohumlar birləşib, zavodun 75 min manatını “əritdi”
Qohumlar birləşib, zavodun 75 min manatını “əritdi”
İsmayıllıda istehsalat müəssisəsində dəfələrlə oğurluq edən dəstə
 
XİA.az - TƏQDİMAT