Azərbaycan ofşor zonaların yaradılmasının əleyhinədir

Azərbaycan ofşor zonaların yaradılmasının əleyhinədir
Vergilər Nazirliyi Azərbaycanda ofşor zonalarının yaradılması ideyasının əleyhinə çıxış edir.
Xia.az Report-a istinadən xəbər verir ki, bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında deputatların səsləndirdiyi fikirlərə mövqeyini açıqlayarkən deyib: “Ondansa, iqtisadiyyatın daha səmərəli inkişafı məqsədi ilə digər formalar seçmək lazımdır”.

Nazirin sözlərinə görə, ofşor zonaların Azərbaycanda yaradılmasına lüzum yoxdur:

“Bu gün dünyanın sivil ölkələri iqtisadiyyatını daha da inkişaf etdirmək məqsədi ilə normal və şəffaf uçot sistemini tətbiq edir. Bizim də belə bir təcrübəni tətbiq etməyimiz daha yaxşı olardı”.

F.Məmmədov əlavə edib ki, ofşor zonalardan isə azad iqtisadi zonaların, sənaye parklarının yaradılması daha məqbuldur:

“Artıq ölkə ərazisində sənaye məhəllələri və sənaye parkları yaradılır. Sahibkarlar bu ərazilərdə fəaliyyət göstəməklə güzəştlər əldə edə bilərlər. Gələcəkdə sahibkarları daha da stimullaşdırmaq məqsədi ilə onlara daha uzunmüddətli güzəştlər tətbiq edilə bilər”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Trampın kürəkəni ABŞ administrasiyasında vəzifə aldı
Trampın kürəkəni ABŞ administrasiyasında vəzifə aldı
Donald Trampın kürəkəni və eyni zamanda müşaviri Cared Kuşner Ağ ev
İlham Əliyev Saatlı rayonuna səfər edib
İlham Əliyev Saatlı rayonuna səfər edib
Azərbaycan Prezidenti İlham Əliyev Saatlı rayonunda səfərdədir.
reklam
“Azərsun”un məhsulu ilə dolu yük maşını müəmmalı şəkildə yoxa çıxıb
“Azərsun”un məhsulu ilə dolu yük maşını müəmmalı şəkildə yoxa çıxıb
Ukraynada “Azərsun Holdinq” şirkətinə məxsus ət məhsulu ilə yüklənmiş yük
Ucarda yük maşınları ağır qəza törədib:
Ucarda yük maşınları ağır qəza törədib: - Ölən var
Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Azad Cavadov:
Azad Cavadov: - Bağlanmış bankların əmlakını satmağa hazırlaşırıq
“Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu
 
XİA.az - TƏQDİMAT