Azərbaycanın da qoşulacağı “dollarsız dünya”

Azərbaycanın da qoşulacağı “dollarsız dünya”
Türkiyə prezidenti Rəcəb Tayiib Ərdoğanın dolların təzyiqindən qorunmaq üçün ticarət dövriyyəsinin milli valyuta ilə aparılması təklifi ciddi rezonans doğurub. Artıq bununla bağlı daha iki ölkə razılığa gəlib. Belə ki, artıq Rusiya və İran da qarşılıqlı ticarət dövriyyəsini rial və rublla aparmaq haqqında razılıq əldə edib. Qeyd edək ki, bundan öncə Türkiyə ilə Çin arasında milli valyuta ilə hesabatların aparılması razılaşdırılmışdı. Türkiyə mətbuatı yazır ki, Ərdoğan bu təklifi səsləndirməmişdən öncə 62 ölkəyə müraciət edib və ilkin razılaşmalar əldə olunub.

Qeyd edək ki, bu ölkələr arasında Azərbaycanın da olması istisna olunmur. Məlumatlara görə, Türkiyə xarici işlər naizri Çavuşoğlunun Bakıya rəsmi səfəri zamanı bu yöndə müzakirələr aparılıb və razılıq əldə olunub. Ancaq bu məlumat hələ ki, Azərbaycan rəsmiləri tərəfindən rəsmi təsdiq olunmayıb. Türkiyə, Rusiya, Çin və İran kimi böyük dövlətlərin bu addımı atması Ərdoğanın təklifinin reallaşacağına bir işarədir. Türk iqtisadçılar bu təkliflə bağlı müxtəlif şərh verirlər. Ekspertlər bu təklifin reallaşacağını istisna etmir və iddia edirlər ki, maksimum 6 ay ərzində müraciət edilən bütün ölkələr öz ticarət dövriyyələrini milli valyuta ilə aparacaqlar. Ancaq bu təklifin yalnız siyasi populizm olduğunu iddia edənlər də var. Ancaq böyük dövlətlərin bu təklifə qoşulması məsələnin hələ uzun müddət müzakirə olunacağı anlamına gəlir.

Dollara alternativ valyuta hazırlanır?

Türkiyənin bu təklifinə qoşulan ölkələrə nəzər salsaq, görərik ki, hər biri Amerika Birləşmiş Ştatları tərəfindən müxtəlif zamanlarda təzyiqlərə məruz qalmış dövlətlərdir. Rusiyaya qarşı ABŞ-ın tətbiq etdiyi sanksiyalar isə hələ də davam edir. Türkiyənin bu təklifi də bir növ ABŞ-a qarşı təzyiq vasitəsi kimi qiymətləndirilir. Bu gün demək olar bütün dünya iqtisadiyyatı dollardan asılı vəziyyətdədir. Dollara alternativ valyuta yoxdur.

Türkiyənin bu təklifində də açıq qalan elə bununla bağlıdır ki, milli valyutaların dəyəri hansı mexanizmlə müəyyənləşdiriləcək?

Çünki bütün dünya valyutalarının dəyərini ölçmək üçün yalnız iki üsuldan istifadə edirlər. Bunlardan birincisi və ən önəmlisi dollar, digəri isə qızıldır ki, bundan artıq istifadə olunmur. İqtisadçılar da hesab edir ki, Türkiyənin bu təklifinin reallaşması üçün dollara alternativ ola biləcək yeni valyutaya ehtiyac var. Ancaq bu elə də asan məsələ deyil. Məlumdur ki, Avrozonada dollara alternativ valyutanın yaradılması üçün çoxlu cəhdlər olub. Elə avronun özü də dollara alternativ olmaq məqsədilə yaradılıb ancaq gözlənilən effekti verməyib. Bu gün avronunn dəyəri də dollarla ölçülür. Avropa ölkələrinin milli valyutası avro olsa da hal-hazırda demək olar ki, bütün ticarət dövriyyəsi dollar ekvivalentiylə aparılır.

ABŞ-ı oyundan çıxarmağa çalışırlar

Yuxarıda da qeyd etdiyimiz kimi, Türkiyənin təklifinə iqtisadiyyatı güclü olan ölkələrin qoşulması yeni valyutanın da dövriyyəyə buraxılmasına zəmin yaradır. Əgər bu sistem gözlənilən effekti versə dollar demək olar ki, öz dəyərini kəskin şəkildə itirəcək və digər dünya valyutalarının kölgəsində qalacaq. Ancaq bu prosesin uğurlu sonluğa çatması o, qədər də asan görünmür. Çünki bütün bunlar iqtisadi proseslərdən çox siyasi qərarlarla reallaşır. ABŞ heç bir vəchlə dolların ucuzlaşmasına və dövriyyədən çıxarılmasına şərait yaratmayacaq. Dolların dünya ticarət dövriyyəsindən çıxarılması birbaşa ABŞ-ın dünya siyasətində mövqeyini zəiflədəcək. Bu da təbii ki, ABŞ-ın dövlət maraqlarına uyğun deyil.

Əgər iddia olunduğu kimi Türkiyənin təklif verdiyi 62 ölkənin hər biri bu sistemə dəstək verərsə, bu dünyanın yenidən şəkillənməsinə səbəb olacaq. Uzun illərdir dünyaya hökmranlıq edən ABŞ-ın mövqeyi kifayət qədər zəifləyəcək. Ancaq “güc” kimin əlinə keçəcək, bu müəmmalı məsələdir. Ancaq ABŞ-ın istər siyasi, istərsə də iqtisadi tərəfdaşları dünya siyasətinə yön verən dövlətlərdir. Təsadüfi deyil ki, Böyük Britanya ABŞ-ın “beyin mərkəzi”, İsrail isə “vuran ürəyi” hesab olunur. Bu isə o deməkdir ki, ABŞ-ın oyundan çıxarılması heç də asan deyil və bunun üçün hələ uzun zaman lazımdır.

Vilayət Muxtar

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Dollar sürətlə bahalaşır
Dollar sürətlə bahalaşır - HƏRRAC
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak
Bazardakı şübhələr nefti bahalaşmağa qoymur
Bazardakı şübhələr nefti bahalaşmağa qoymur
Dünya bazarında xam neftin qiymətində qeyri-stabillik müşahidə olunur. APA
Azərbaycanda bir neçə universitetin vergi borcu silinib
Azərbaycanda bir neçə universitetin vergi borcu silinib
Azərbaycanda fəaliyyətdə olan və fəaliyyəti dayandırılmış bir neçə
reklam
20 manata görə ölkədən çıxışa qadağa qoyula bilərmi?
20 manata görə ölkədən çıxışa qadağa qoyula bilərmi?
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydasını pozduğu üçün
Şəmkirdəki hadisəyə görə məktəb direktoru işdən çıxarılıb
Şəmkirdəki hadisəyə görə məktəb direktoru işdən çıxarılıb
Təhsil Nazirliyinin bir sıra kütləvi informasiya vasitələrində Şəmkir
Krımda azərbaycanlı iş adamı həbs olunub
Krımda azərbaycanlı iş adamı həbs olunub
Azərbaycanlı iş adamı Emil Yunus oğlu Çemodanov Krımda dini zəmində
 
XİA.az - TƏQDİMAT