Avronu çətin günlər gözləyir - PROQNOZ

Avronu çətin günlər gözləyir
Fransanın “Milli cəbhə” partiyasının lideri Marin Le Pen ölkəsinin Avropa İttifaqı (Aİ), NATO və avrozonadan çıxmasının zəruri olduğunu bəyan edib.

Xia.az-ın “Kommersant” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə o, Yunanıstanın “Demokratiya” qəzetinə müsahibəsində bildirib: “Frexit” mənim siyasətimin əsasını təşkil edəcək. İnsanlar azad səsvermə hüququna malik olmalıdır və Brüsselin qulu olmaqdan və şantajlarından qurtulmalıdır. Mən öz ölkəmin suverenliyini qaytaracağam”.

M.Le Pen vahid valyuta, yəni avronun şantaj aləti kimi qiymətləndirir: “Harada avro var, orada işsizlik, yüksək qiymətlər, yüksək vergi, azalan pensiya və müavinətlər, aşağı maaş və kasıb insanlar var”. Siyasətçi, həmçinin Portuqaliya, İspaniya, İrlandiya, Yunanıstan və Kiprin də Aİ-dən ayrılmasının vacibliyini və onları Fransa ilə eyni gündə Aİ-dən çıxmasına çalışacağını qeyd edib.

Xatırladaq ki, M.Le Pen sağ mühafizəkar “Respublikaçılar” partiyasının sədri Fransua Fiyonla Fransada keçiriləcək prezident seçkilərində yarışacaq. Seçkilər aprel-may aylarında iki turda keçiriləcək.

“Report”un analitik qrupu bildirir ki, aprel ayı yaxınlaşdıqca vahid Avropa valyutası ciddi təzyiqlərlə üzləşəcək. Buna səbəb isə Aİ-nin ikinci böyük iqtisadiyyatı olan Fransanın Aİ-dən ayrılması təhlükəsidir. Belə ki, M.Le Penin seçilməsi digər Aİ ölkələrini də İttifaqdan ayrılmağa həvəsləndirəcək. Bu səbəbdən avronun məzənnəsinin artıq I rübün sonunda 0,90 USD/EUR səviyyəsinə enməsi ehtimal edilir. Avronun ucuzlaşmasına həmçinin iqtisadi amillər də mənfi təsir göstərir. Belə ki, ABŞ və Aİ-nin uçot dərəcələri arasındakı spred getdikcə dollar lehinə artır

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Gəncədə iki bacının ölüm səbəbi bilindi
Gəncədə iki bacının ölüm səbəbi bilindi - QƏTL
Hadisə fevralın 22-də Kəpəz rayonun Qırmızı kənd ərazisində, Abdulla Sur
Ordumuzdan ermənilərə Qarabağda sarsıdıcı zərbə
Ordumuzdan ermənilərə Qarabağda sarsıdıcı zərbə - Düşmən itkiləri açıqladı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif
Ermənistan Müdafiə Nazirliyinə hücum
Ermənistan Müdafiə Nazirliyinə hücum - atışma baş verib
Sərxoş sürücü "Opel" markalı" avtomobilini Müdafiə Nazirliyinin binasının
reklam
Paytaxtın mərkəzinə doğru giriş və çıxış hissədə kompleks yenidənqurma işləri aparılır
Paytaxtın mərkəzinə doğru giriş və çıxış hissədə kompleks yenidənqurma işləri aparılır - VİDEO
Paytaxt Bakıda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə
Günay İbrahimli:
Günay İbrahimli: - “Ay ərzində ən çox qazandığım məbləğ 45 min manat olub”
Röyanı bir nömrə hesab edirsiniz. Bəs Günay İbrahimli nə zaman bir nömrə
Həyat dərsi
Həyat dərsi
XX əsrdə Azərbaycan tarixinin önəmli, əlamətdar bir mərhələsi var: 60-cı
 
XİA.az - TƏQDİMAT