Azərbaycanda elektrik stansiyaları özəlləşdirilə bilər

Azərbaycanda elektrik stansiyaları özəlləşdirilə bilər
Yaxın illərdə “Azərenerji” ASC, Energetika Nazirliyi və digər müvafiq qurumlar səmərəliliyə dair investisiya tələblərini özəlləşdirmə şərtlərinə daxil edərək, optimal elektrik stansiyalarının özəlləşdirilməsi imkanlarını nəzərdən keçirəcəklər.

XİA.az “Report”a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb.

Sənədə əsasən, özəlləşdirməyə üstünlük verildiyi təqdirdə, aidiyyəti dövlət qurumları ilə məsləhətləşmələr aparılaraq, strateji baxımdan özəlləşdirmə predmeti olmayan mühüm aktivlər müəyyən ediləcək:

“Azərenerji” ekspertlər cəlb etməklə və standart göstəricilərin müqayisəsini aparmaqla, texniki-iqtisadi əsaslandırmalara və təhlillərə əsasən, səmərəliliyinin artırılması zəruri olan elektrik stansiyalarını, habelə bu stansiyalarda səmərəliliyin yaxşılaşdırılması üzrə münasib mexanizmləri müəyyənləşdirəcək.

Eyni zamanda, Cəmiyyət səmərəliliyi yüksək olan yeni stansiyalarla təchizatın təhlükəsizliyini təmin etməklə yanaşı, ən səmərəsiz işləyən stansiyaların istismarının dayandırılmasını nəzərdən keçirəcək.

Səmərəliliyin artırılması ilə bağlı yerinə yetiriləcək işlərin ölkənin elektrik enerjisi istehsalına göstərə biləcəyi mənfi təsirləri minimuma endirmək məqsədilə elektrik stansiyalarının istismara başlanma vaxtının mərhələli qrafikinə uyğun olaraq, təkmilləşdirmə işləri üçün ən münasib vaxt müddətləri təyin ediləcək”.

Sənəddə həmçinin bildirilir ki, “Azərenerji” və Energetika Nazirliyi təchizatçı və ya investor seçmək üçün şəffaf meyarlar əsasında modernləşdirməyə dair tender elan edəcəklər: “Onlar, həmçinin, müvafiq əsas icra göstəricilərini müəyyən edib idarəetmənin monitorinqini aparacaqlar (özəl sektor iştirakçıları üçün icraəsaslı tənzimləmənin həyata keçirilməsi).

Daha sonra tender əsasında seçilmiş təchizatçı və ya özəl tərəfdaşla birgə modernləşdirmə işlərinə başlayacaq və işlərin gedişinə nəzarət etmək üçün işin icrasının idarə edilməsi mexanizmlərindən istifadə edəcəklər”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Putinin Makronla görüşünün vaxtını Fransa açıqladı
Putinin Makronla görüşünün vaxtını Fransa açıqladı
Qeyd edək ki, bu barədə Fransa liderinin mətbuat xidməti məlumat yayıb.
Ruhani:
Ruhani: - ABŞ-ərəb sammiti tamaşadır
Sammit çərçivəsində imzalanan silah sazişi barədə danışan İran prezidenti
Sabahdan sarı zolaqlar ləğv olunur
Sabahdan sarı zolaqlar ləğv olunur - sürücülərin nəzərinə!
IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar paytaxtın bəzi küçə və
reklam
Prezident Firəngiz Əlizadəni
Prezident Firəngiz Əlizadəni "Şərəf" ordeni ilə təltif etdi
XİA.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan
"Dişlərim, saçım tökülüb" - Könül Xasıyeva
“Haqqımda gedən bütün yazılara son qoysunlar. Ən azından mənim yaşlı
Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
 
XİA.az - TƏQDİMAT