Neft sürətlə bahalaşmağa başladı

Neft sürətlə bahalaşmağa başladı
Dünya birjalarında xam neftin qiyməti bahalaşmaqda davam edir. APA TV-nin xəbərinə görə, "Brent" markalı neft bir bareli 57 dollardan baha satılır.

Ötən gün səhər saatlarında 56,86 dollardan satılan bu markadan olan neft hazırda 57,17 dollara təklif olunur.

Qərbi Texas neftinin qiyməti də yüksəlib. Hazırda WTİ neftinin bir bareli 54 dollardan təklif olunur. WTİ neftinin hazırkı təklif olunan qiyməti 52 həftəlik maksimum göstəricidən 51 sent ucuzdur.

OPEK və 11 qeyri-kartel ölkəsinin neft hasilatına kvota qoyulması ilə bağlı razılaşması neftin qiymətlərinə müsbət təsir edib. Razılaşma yanvar ayından qüvvəyə minəcək və bu ölkələrdən ixrac olunan neftin həcmi azalacaq.

ABŞ neft ehtiyatları isə 8 günlük artımdan sonra 0,5 faiz azalıb. Ehtiyatlar ötən həftə gözlənilən 1,5 milyon barel artımın əvəzində 614 barel artıb. Bu yanvar ayından bu yana ən aşağı göstəricidir. Bu ölkədə ehtiyatların azalması neftin qiymətini bahalaşdıran əsas amillərdən biridir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
​İŞİD-dən şok anons: İranı işğal edəcəyik...
​İŞİD-dən şok anons: İranı işğal edəcəyik...
Videoda İŞİD-in 3 nümayəndəsi çıxış edir. Bu şəxslər İrandan yaşayan fars,
Neftçalada balıqçı Kür çayında batdı
Neftçalada balıqçı Kür çayında batdı
Ötən gün axşam saatlarında Neftçalanın 2-ci Mayak kəndinin ərazisində
MTN polkovnikinin cinayət işinə xitam verilib
MTN polkovnikinin cinayət işinə xitam verilib
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin
reklam
Əli İnsanovun cinayət işi məhkəməyə göndərilib
Əli İnsanovun cinayət işi məhkəməyə göndərilib
Ə. İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət
 
XİA.az - TƏQDİMAT