Azərbaycanda lizinq haqqında yeni qanun hazırlanacaq

Azərbaycanda lizinq haqqında yeni qanun hazırlanacaq
2017-ci ildə Azərbaycanda lizinq haqqında qanun layihəsi hazırlanacaq.

XİA.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə deyilir.

Qeyd olunur ki, Azərbaycanda lizinqin inkişafı üçün, ilk növbədə, vahid qanunun hazırlanması nəzərdən keçiriləcək. Yeni qanun lizinq şirkətlərinin operativ lizinq xidmətləri göstərməsinə şərait yaradacaq. Yeni qanun əsasında müvafiq normativ hüquqi baza formalaşdırılacaq və lizinq şirkətlərinin fəaliyyəti üçün daha əlverişli şərait yaradılacaq.

Bundan başqa, 2017-2018-ci illərdə lizinq fəaliyyətinin tənzimlənməsi və güzəştlərin tətbiqi nəzərdə tutulur. Lizinq bazarının daha sürətlə inkişaf etməsi üçün güzəştlərin tətbiq olunması təmin ediləcək və yeni tənzimlənmə mexanizmləri müəyyənləşdiriləcək. Bundan əlavə, ölkə üçün xüsusi əhəmiyyət kəsb edən sektorlarda lizinq üçün əlavə güzəştlərin tətbiqi nəzərdən keçiriləcək. Bu güzəştlər kiçik və orta sahibkarlıq (KOS) subyektləri tərəfindən alternativ maliyyələşmə mənbəyi kimi lizinq xidmətlərindən istifadənin stimullaşdırılmasına şərait yaradacaq.

Həmçinin 2017-2020-ci illərdə KOS subyektlərinin maliyyələşməsində alternativ maliyyə alətlərindən (forvard, fyuçers, opsion, svop, faktorinq və s.) istifadə genişləndiriləcək. Azərbaycanda maliyyə sisteminə uyğun olaraq, alternativ maliyyə alətlərindən istifadə imkanları, mexanizmləri və tətbiqi perspektivləri araşdırılacaq. Mövcud maliyyə alətlərindən istifadənin genişləndirilməsinə dair təkliflər hazırlanacaq. Əlavə olaraq, KOS subyektlərində forvard, fyuçers, opsion, svop, faktorinq kimi maliyyə alətlərindən alternativ və ucuz maliyyələşmə mənbəyi kimi istifadə stimullaşdırılacaq.

Yol xəritəsində bildirilir ki, görüləcək tədbirlər nəticəsində yerli və xarici investorların lizinq bazarına və forvard, fyuçers, opsion, svop, faktorinq kimi alternativ maliyyə mənbələrinə marağı artacaq, yerli KOS subyektlərinin bu yolla maliyyələşmə imkanları genişlənəcək. Lizinq bazarının inkişaf etdirilməsi 2020-ci ilədək Azərbaycanda lizinq əməliyyatlarının ÜDM-də payını 2 faizə, 2025-ci ilədək isə 4 faizə çatdırmaq imkanı verəcək.

Bu prioritetin icrası üçün əsaslı investisiya tələb olunmur.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Dünya gözəli seçilən iranlı aktrisalar
Dünya gözəli seçilən iranlı aktrisalar
45 yaşlı Niki Kərimi siyahıda 14-ci yeri tutub. Onun həmyerlisi 33 yaşlı
Moskvada Qarabağ danışıqlarının gizli
Moskvada Qarabağ danışıqlarının gizli - Detalları
Bu sözləri politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə,
Ermənistan boşalır:
Ermənistan boşalır: - Ölkə əhalisi 13 min nəfər azaldı
2017-ci ilin yanvar-mart aylarında ölkədə yeni doğulan körpələrin sayı
reklam
Ermənilərin dünən atdığı OSA raketi nə qədər təhlükəlidir?
Ermənilərin dünən atdığı OSA raketi nə qədər təhlükəlidir?
Dünən axşam saatlarında Ermənistan müdafiə bölmələri tərəfindən cəbhənin
Ermənistanda ABŞ, İsrail və Rusiya vətəndaşlarına saxta diplomlar verən üç rektor həbs olunub
Ermənistanda ABŞ, İsrail və Rusiya vətəndaşlarına saxta diplomlar verən üç rektor həbs olunub
Ermənistan MTX-nın bundan əvvəl yaydığı məlumatda bildirirdi ki, üç özəl
Dünya birjalarında neft bahalaşıb
Dünya birjalarında neft bahalaşıb
XİA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən
 
XİA.az - TƏQDİMAT