DSX və Baş Prokurorluq Əfqan Muxtarlının həbsi barədə məlumat yayıb

DSX və Baş Prokurorluq Əfqan Muxtarlının həbsi barədə məlumat yayıb
Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun mətbuat xidmətləri Əfqan Qafarlının həbsi barədə birgə məlumat yayıb.

XİA.az-ın məlumatına görə Oxu.Az xəbər verir ki, Azərbaycan vətəndaşı, 1974-cü il təvəllüdlü Muxtarlı Əfqan Sabir oğlu 29 may 2017-ci il tarixdə saat 22:40-da Balakən rayonu ərazisində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmiş və xidmətin əməkdaşları tərəfindən saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən axtarış zamanı Ə.Muxtarlının üzərindən 10 min avro məbləğində nağd pul, “Bank of Georgia ekspress” plastik kartı və digər əşyalar aşkar edilərək götürülmüşdür.

Həmin faktla bağlı 30 may 2017-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 318.1 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanmış və Ə.Muxtarlı şübhəli şəxs qismində tutulub.

31 may 2017-ci il tarixdə Ə.Muxtarlı təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 318.1, 206.1 və 315.2-ci ( Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunmaqla Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
AŞPA-nın QIŞ SESSİYASINDA
AŞPA-nın QIŞ SESSİYASINDA
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr
Uzunluğu 29 km olan Balakən-Qazbinə-İtitala avtomobil yolu yenidən qurulur
Uzunluğu 29 km olan Balakən-Qazbinə-İtitala avtomobil yolu yenidən qurulur - VİDEO
Respublika ərazisində kəndlərarası və qəsəbələrarası avtomobil yolların
Dövlət Agentliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Dövlət Agentliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Tədbirdə 20 yanvar faciəsində vətənin azadlığı, suverenliyi və birliyi
reklam
Poroşenkonun istirahətinə Saakaşvilidən atmaca
Poroşenkonun istirahətinə Saakaşvilidən atmaca
“Mənə Kiyev qarı hər şeydən əzizdir. O, mənə Maldivlərdən də əzizdir.
ABŞ və Türkiyə Afrində üz-üzə
ABŞ və Türkiyə Afrində üz-üzə - Şeytan planı
“Afrin mövqe etibarı ilə Türkiyə üçün strateji əhəmiyyətə sahib bir
Ermənistanın başına keçməyə hazırlaşan namizəd kimdir?
Ermənistanın başına keçməyə hazırlaşan namizəd kimdir? - DOSYE
Parlamentdə hakim Respublika Partiyası üzvlərinin sayının ümumi
 
XİA.az - TƏQDİMAT
FAKT