Biznesmen onun 3,4 milyonunu ələ keçirəndən şikayətçi deyil

Biznesmen onun 3,4 milyonunu ələ keçirəndən şikayətçi deyil
Bu gün Bakı Apellyasiya Məhkəməsində 3,4 milyon dolları dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Gəray Abdullayev və Tural Qasımov barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

XİA.az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə tərəflər çıxış edib.

L.Abdullayevin vəkili Bəxtiyar Hacıyev bildirib ki, iclasda zərərçəkmiş Tofiq Zülfüqarov çıxış edərək F.Tağıyevdən şikayətçi olmadığını, E.Qasımov barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsini istədiyini deyib.

E.Qasımovun müdafiəsinə qoşulan yeni vəkil cinayət işinin materialları ilə tanış olmaq üçün vaxt istəyib. Vəkilin vəsatəti təmin edilib. Növbəti iclasda qərarın elan olunacağı gözlənilir.

Məhkəmə prosesi iyunun 6-da davam etdiriləcək.

Qeyd edək ki, ittihama görə, adıçəkilən şəxslər 2015-ci il mayın 1-də saat 23:00 radələrində Xəzər rayonunun Qala qəsəbəsində T.Zülfüqarovun idarə etdiyi avtomobilin qarşısını kəsərək özlərini Milli Təhülkəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim ediblər. T.Zülfüqarovu Xətai rayonu ərazisindəki mənzilinə gətirib seyfdə saxladığı külli miqdarda xarici valyutanı guya araşdırmaq məqsədi ilə ələ keçiriblər. Daha sonra onlar T.Zülfüqarovu “Ulduz” metrostansiyasının yaxınlığında yerləşən obyektlərin birində qanunsuz olaraq 3 gün saxladıqdan sonra Moskva şəhərinə yola salıblar. Ələ keçirdikləri pulu bölüşdürdükdən sonra ölkədən çıxıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə L.Abdullayev 18 il, E.Qasımov və P.Rzayev 16 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər - F.Tağıyev, G.Abdullayev, T.Qasımov və R.Hacıyevə şərti cəza verilib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Lalə
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
Deputatın oğlu məhkəmədə ifadə verib
Deputatın oğlu məhkəmədə ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur
reklam
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Gəncədə baş verən hadisəni qətiyyətlə pisləyirəm. Bu hadisələr din pərdəsi
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Gəncədə baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşı kimi
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Bir neçə gün əvvəl Gəncədə terror hadisəsi yaşandı. Biz terrorun hər
 
XİA.az - TƏQDİMAT