MTN işi: - Məni "Yeganə" şadlıq evində soyuducuya salmaq istədilər

MTN işi:
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

XİA.az-ın virtualaz-a istinadən verdiyi məlumata görə, məhkəmə iclası “8-ci kilometr” bazarının MTN əməkdaşları tərəfindən ələ keçirilməsini iddia edən zərərçəkmiş Cəfər Səfərovun iddiası üzrə epizodun araşdırılması ilə davam etdirildi.

Məhkəmədə şahid qismində dindirilən “Yeganə” şadlıq evinin sahiblərindən biri Məmməd Rəhimov istintaqa cəlb edilməsinin səbəblərini anlamadığını qeyd edib. O, qətiyyətlə bu məsələyə aidiyyəti olmadığını bəyan edib.

Məmməd Rəhimovun bu ifadəsi digər şahid - “8-ci kilometr” bazarının keçmiş sahibi Çingiz Əsədovun böyük qardaşı Ərsəddin Əsədovun etirazına səbəb olub. O, Səfərov qardaşlarının bazara qanunsuz sahibləndiyini və Çingizə bazara daxil olmağa icazə vermədiklərini deyib: “Çingiz məhkəməyə müraciət etdikdən sonra məhkəmə Çingizin xeyrinə qərar qəbul edərək bazarda onun fəaliyyətini bərpa edib. Çingiz Əsədov məhkəmə qərarından sonra bazara gəldiyi birinci günü zərərçəkmiş Səfərovlar bazarda hər kəsin gözü qarşısında qardaşı Çingizi döyüblər. Sonradan zərərçəkmiş Səfərovlar Çingiz Əsədovu və onun ailəsini axtarmağa başlayıblar.

Çingiz və ailəsi Səfərov qardaşlarından gizləndiyi üçün “Qara Qarayev” metrosu yaxınlığında olan evində qalırmış. Həmin mənzilə gəlib qapını döyən şəxslər özlərini polis əməkdaşı kimi təqdim ediblər. Aşağı düşəndə isə Salman Səfərovla bacanağı Səyavuş Mirzəyevi gördüm. Çingizin harada olduğunu öyrənə bilməyəndə Salman məni tutaraq “Yeganə” şadlıq evinə gətirdi”.

Şahid orada Səfərov qardaşları və restoranın sahibi Məmmədi gördüyünü bildirib. Şahidin sözlərinə görə, şadlıq evində Məmməd Rəhimov onun başına tapança ilə çoxlu sayda zərbə endirib, Cəfərin onun xalası oğlu olduğunu deyərək Çingizin harada gizləndiyini soruşub. Lakin o, Çingizin harada olduğunu deməyib. Daha sonra hansı cəzanın verilməsi müzakirə olunub. "Cəfər dedi ki, gəl, onu soyuducuya salaq. Soyuducu iri idi, yəni evlərdə işlədilənlərdən deyildi. Məmməd Rəhimov onunla razılaşmayaraq cavab verdi ki, bu zibili ora salma, yeməkləri də xarab eləyər". Şahid əlavə etdi ki. onu şadlıq evində əsir kimi 3 gün saxlayıblar.

Qeyd edək ki, şahid məhkəmə zalında oturanlar arasından onu döyən şəxslərdən zərərçəkmiş Cəfər Səfərovu və “Yeganə” şadlıq evinin sahibi Məmməd Rəhimovu tanıyıb.

Vəkillərin suallarını cavablandıran Əsrəddin Əsədov bu hadisəyə qədər ona keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı Rafiq Əliyevin başçılıq etdiyi dəstənin hücum etdiyini və döydüyünü deyib. Həmçinin şahid bildirib ki, 2005-ci ildə MTN-də üzləşmə zamanı Cəfərdən soruşanda ki, niyə məni oğurlayıb, dedi ki, “mən oğurlamamışam, Məmməd oğlurlayıb”.

Qeyd edək ki, zərərçəkmiş Cəfər Səfərov MTN-dən gecə 23-də buraxıldıqlarını iddia edir.

Çarpaz dindirilmədə zərərçəkmiş Cəfər Səfərov və şahid Məmməd Rəhimov şahid Əsrəddin Əsədovun yalan danışdığını və deyilənlərin uydurma olduğunu bildiriblər.

Şahid Sədrəddin Əsədov da məhkəmədə qardaşı Əsrəddin Əsədovun ifadəsinə oxşar ifadə verərək qardaşının zərərçəkmiş Səfərovlar tərəfindən oğurlanaraq “Yeganə” şadlıq evində gizlədilməsi faktını və Çingizin bazarda “Azpetrol”un sabiq rəhbəri Rafiq Əliyevin adamları tərəfindən döyülməsini təsdiq edib.

Hakim Həbib Həsənov məhkəmənin növbəti iclasının bu gün keçiriləcəyini elan edib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
AŞPA-nın QIŞ SESSİYASINDA
AŞPA-nın QIŞ SESSİYASINDA
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr
Uzunluğu 29 km olan Balakən-Qazbinə-İtitala avtomobil yolu yenidən qurulur
Uzunluğu 29 km olan Balakən-Qazbinə-İtitala avtomobil yolu yenidən qurulur - VİDEO
Respublika ərazisində kəndlərarası və qəsəbələrarası avtomobil yolların
Dövlət Agentliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Dövlət Agentliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Tədbirdə 20 yanvar faciəsində vətənin azadlığı, suverenliyi və birliyi
reklam
Poroşenkonun istirahətinə Saakaşvilidən atmaca
Poroşenkonun istirahətinə Saakaşvilidən atmaca
“Mənə Kiyev qarı hər şeydən əzizdir. O, mənə Maldivlərdən də əzizdir.
ABŞ və Türkiyə Afrində üz-üzə
ABŞ və Türkiyə Afrində üz-üzə - Şeytan planı
“Afrin mövqe etibarı ilə Türkiyə üçün strateji əhəmiyyətə sahib bir
Ermənistanın başına keçməyə hazırlaşan namizəd kimdir?
Ermənistanın başına keçməyə hazırlaşan namizəd kimdir? - DOSYE
Parlamentdə hakim Respublika Partiyası üzvlərinin sayının ümumi
 
XİA.az - TƏQDİMAT
FAKT