Evlərdən oğurluq edən Biləsuvar sakini yaxalandı

Biləsuvarda evlərdən oğurluq edən şəxs tutulub.

Evlərdən oğurluq edən Biləsuvar sakini yaxalandı

DİN mətbuat xidmətinin Lənkəran Regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində evlərə pəncərədən daxil olaraq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Saxlanılan Biləsuvar şəhər sakini Böyükxan Ağayevin ətrafında aparılmış tədbirlərlə müəyyən edilib ki, o, cari il mayın 10-da həmyerlisi Rəşad Rufullayevin şəhər ərazisindəki mənzilinə pəncərədən daxil olub və oradan 1000 manat pul və qızıl üzük oğurlayıb. Onun bir neçə gün sonra Ülvi Babayevin şəhər ərazisindəki evinə də eyni üsulla daxil olaraq 450 manat pul və 1500 manat dəyərində qızıl-zinət əşyalarını oğurladığı məlum olub.

Davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində B. Ağayevin oktyabrın 10-da Biləsuvar rayonunun Bəydili kəndində bir evdən, bir həftə sonra isə Müşfiq Nəzərova məxsus digər bir evdən müxtəlif məişət əşyalarını oğurladığı da müəyyənləşdirilib.

Əvvəllər də eyni əmələ görə məhkum olunmuş həmin şəxs saxlanılarkən oğurladığı əşyaların bir qismi ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı Biləsuvar RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Ermənistanda hərbçilər etirazçıların tərəfinə keçdi
Ermənistanda hərbçilər etirazçıların tərəfinə keçdi - CANLI YAYIM
Aşağıda təqdim etdiyimiz videodan da göründüyü kimi, nümayişçilərin
Hökumətdə yer almayan, vəzifələrini müvəqqəti icra edən nazir və sədrlər
Hökumətdə yer almayan, vəzifələrini müvəqqəti icra edən nazir və sədrlər - SİYAHI
Dövlət komitələrinə gəlincə, hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə
Sej Sərkisyanın getməsi Azərbaycanın xeyirinədir?
Sej Sərkisyanın getməsi Azərbaycanın xeyirinədir? - Ekspertlərdən fərqli yanaşmalar
Ermənistanda Sej Sərkisyanın baş nazir olmasına qarşı aprelin 13-dən
reklam
MTN generallarına hökm oxunur
MTN generallarına hökm oxunur - Sübahir Qurbanova 14 il cəza
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq
Azərbaycan HDQ-nin nümayəndə heyəti Tehrana səfər edib
Azərbaycan HDQ-nin nümayəndə heyəti Tehrana səfər edib
Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan
İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul edib
İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının
 
XİA.az - TƏQDİMAT