DİN və Prokurorluq 20 il əvvəl törədilmiş cinayətin üstünü açdı

Masallı rayonunda 20 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb.
DİN və Prokurorluq 20 il əvvəl törədilmiş cinayətin üstünü açdı
Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib.

Məlumata görə, respublikanın daxili işlər və prokurorluq orqanlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 20 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb.

Belə ki, bu il dekabrın 26-da Masallı rayonunun Yeni Zuvand kənd sakini Stəkan Məmmədova 1997-ci ildə Tatyan kənd sakini Vüqar İsayevin onun qızı Bahar Məmmədovanı evlənmək məqsədilə qaçıraraq Rusiya Federasiyasına aparması, lakin sonradan Vüqar kəndə qayıtsa da, övladından heç bir xəbər olmaması barədə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.

Məlumatla əlaqədar Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşklarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Təxirəsalınmaz tədbirlərlə Bahar Məmmədovanı qətlə yetirməkdə əsaslı şübhələr yarandığından Vüqar İsayev tutulub.

İlkin araşdırmalar zamanı V.İsayevin 1997-ci ilin oktyabr ayında Bahar Məmmədovanı evlənmək məqsədilə qaçırdıqdan sonra Şıxlar kəndinin ərazisindəki meşə zolağına aparması, aralarında baş verən münaqişə zəminində Baharın boynunu qıraraq onu qəsdən öldürməsi, çuxurda basdıraraq üzərinə daş və qaya parçaları yığması, beş ay müxtəlif ünvanlarda gizləndikdən sonra Rusiya Federasiyasının Arxangelsk şəhərinə getməsi müəyyən edilib.

Araşdırmalar nəticəsində o da məlum olub ki, V.İsayev 2005-ci ildə Rusiya Federasiyasının ərazisində də qətl hadisəsi törədərək uzun müddətə azadlıqdan məhrum edilib, cəzasını çəkdikdən sonra isə cari il dekabrın 25-də Masallı rayonuna qayıdıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının, məhkəmə-tibb ekspertinin iştirakı ilə Şıxlar kəndi ərazisindəki qətlin baş verdiyi ehtimal olunan əraziyə baxış keçirilib və oradan B.Məmmədovanın meyidinin qalıqları aşkar edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Danışıqlar tezliklə başlanacaq
Danışıqlar tezliklə başlanacaq - İlham Əliyev
"Bu gün biz əlaqələrimizin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir
İlham Əliyevin xeyir-duası ilə bizim...
İlham Əliyevin xeyir-duası ilə bizim... - Borisov
Biz çoxdandır ki, Bolqarıstanın qazlaşdırılması üçün iki variantın
Ermənistanda 10 gündən sonra qiyam olacaq
Ermənistanda 10 gündən sonra qiyam olacaq - VİDEO
Şirinyan qeyd edib ki, Ermənistanı bir sıra böyük fəlakətlər gözləyir:
reklam
Masallıda RƏZİLLİK!
Masallıda RƏZİLLİK! - 2 uşağını atıb evdən qaçdı
Valideynlərinin sözlərinə görə, Yeganə Məmmədova 2010-cu ildə həmin kənd
Azərbaycanda unikal anatomiya muzeyi:
Azərbaycanda unikal anatomiya muzeyi: - "Təpəgöz" uşaq, siyam əkizləri, insan külü - VİDEO
Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının müdiri
Telman İsmayılovu iflasa aparan yol
Telman İsmayılovu iflasa aparan yol
Telman Mərdan oğlu İsmayılov 1956-cı ildə Göyçayda yəhudi ailəsində
 
XİA.az - TƏQDİMAT
FAKT