Şirvan şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən şəxs tutulmuşdur

Şirvan şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən şəxs tutulmuşdur
Polis və prokurorluq əməkdaşları tərəfindən Şirvan şəhərində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün şəxsiyyətinin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir.

Yanvarın 3-də saat 07 radələrində Şirvan şəhəri ərazisində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən piyada Nüşabə Xəlilovanı vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən orada vəfat etməsi faktına görə şəhər Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

Aparılmış tədbirlər nəticəsində yol nəqliyyat hadisəsinin “Mitsubishi L 200” markalı 90 CF 054 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1975-ci il təvəllüdlü, Sabirabad rayon sakini Abbasov Emin Sabir oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilmişdir.

E.Abbasov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmuş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Danışıqlar tezliklə başlanacaq
Danışıqlar tezliklə başlanacaq - İlham Əliyev
"Bu gün biz əlaqələrimizin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir
İlham Əliyevin xeyir-duası ilə bizim...
İlham Əliyevin xeyir-duası ilə bizim... - Borisov
Biz çoxdandır ki, Bolqarıstanın qazlaşdırılması üçün iki variantın
Ermənistanda 10 gündən sonra qiyam olacaq
Ermənistanda 10 gündən sonra qiyam olacaq - VİDEO
Şirinyan qeyd edib ki, Ermənistanı bir sıra böyük fəlakətlər gözləyir:
reklam
Masallıda RƏZİLLİK!
Masallıda RƏZİLLİK! - 2 uşağını atıb evdən qaçdı
Valideynlərinin sözlərinə görə, Yeganə Məmmədova 2010-cu ildə həmin kənd
Azərbaycanda unikal anatomiya muzeyi:
Azərbaycanda unikal anatomiya muzeyi: - "Təpəgöz" uşaq, siyam əkizləri, insan külü - VİDEO
Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının müdiri
Telman İsmayılovu iflasa aparan yol
Telman İsmayılovu iflasa aparan yol
Telman Mərdan oğlu İsmayılov 1956-cı ildə Göyçayda yəhudi ailəsində
 
XİA.az - TƏQDİMAT
FAKT