Neftçalada broyler fabrikindən oğurluq edilib, fabrikin 7 işçisi tutulub

Neftçalada broyler fabrikindən oğurluq edilib, fabrikin 7 işçisi tutulub
Neftçalada broyler fabrikindən oğurluq edən şəxslər saxlanılıb.
DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 4-də Neftçala şəhəri ərazisindəki quşçuluq fabriklərinin birindən xeyli sayda cücənin oğurlanması barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə müraciət daxil olub. Məlumatla əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu fabrikə gəlib, müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla ötən ilin dekabrın 21-dən cari il yanvarın 4-dək olan müddətdə ASC-yə məxsus quşbəsləmə sexindən 743 cücənin oğurlanması məlum olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətin üstü qısa müddətdə açılıb.
Oğurluqda şübhəli bilinən şəxslər - Cəmiyyətin işçiləri, Neftçala rayon sakinləri Vahid Hadıyev, Babək Əkbərov, Pərvin Qurbanov, Səyavuş Novruzov, Abbas Göyçayev, Etibar Rüstəmov və Xəyal Abbasov tutulublar. Onlar törətdikləri əməli etiraf ediblər.
Faktla bağlı Neftçala RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Füzulidə 5 cəbhəyanı kəndi birləşdirən yol əsaslı şəkildə yenidən qurulur
Füzulidə 5 cəbhəyanı kəndi birləşdirən yol əsaslı şəkildə yenidən qurulur - VİDEO
Təmas xəttinə yaxın ərazilərdə yerləşən kəndlərimiz daim ölkə
Müharibə hazırlıqları başladı:
Müharibə hazırlıqları başladı: - Türkiyəyə hücum?
Həyatınız boyu kirayə döyüş vasitəsi gördünüzmü? Eşitdinizmi? Vardır yəqin
reklam
Nazirlikdən xəbərdarlıq:
Nazirlikdən xəbərdarlıq: - uşaqlarınızı ora aparmayın
Dünyada suçiçəyi xəstəliyinə qarşı peyvənd tətbiq olunsa da, Azərbaycanda
MM-in iclası başladı:
MM-in iclası başladı: - Nələr nüzakirə ediləcək?
İclasda “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin
Ramiz Mehdiyev Ceyhun Bayramovu kollektivə təqdim etdi
Ramiz Mehdiyev Ceyhun Bayramovu kollektivə təqdim etdi
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yeni təhsil naziri
 
XİA.az - TƏQDİMAT